Sülh üçün irəliləyiş imkanı yaranıb
Yusif Nəzərli
12:05 16.12.2022
Aktual
447
Ermənistan Bakı ilə sülh müqaviləsi bağlamağa məcbur qalacaq
XİN rəhbərlərinin gözlənilən görüşü də prosesin tərkib hissəsi olacaq
Yaxın həftələrdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşün keçirilməsi nəzərdə tutulur. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib ki, Azərbaycan Ermənistanla bir-birinin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının qarşılıqlı olaraq tanınması və hörmət edilməsi əsasında ikitərəfli münasibətlər qurmaq, münaqişə səhifəsini qarşılıqlı faydalı əməkdaşlıq, normal qonşuluq münasibətləri ilə əvəz etmək niyyətində qətiyyətlidir. Nazirin sözlərinə görə, bu məqsədlə, iki ölkə arasında qarşılıqlı münasibətlərə dair müqavilənin mətni üzrə növbəti yenilənmiş təkliflər tərəfimizdən qarşı tərəfə təqdim edilib:
"Yaxın həftələrdə iki ölkənin xarici işlər nazirləri arasında müzakirələr üçün növbəti görüşün keçirilməsi nəzərdə tutulur. Azərbaycanın bu məsələdə də mövqeyi ardıcıl və prinsipialdır, beynəlxalq hüquqa və ədalətə əsaslanır. Ümid edirik ki, tərəfimizdən sülh məqsədilə atılan addımlar, nəhayət ki, Ermənistan tərəfindən zəruri siyasi iradə və praktiki fəaliyyətlə cavablandırılacaq. Normallaşma prosesinin məntiqi nəticəyə çatması üçün Ermənistan tərəfindən üzərinə götürülmüş öhdəliklərin təxirə salınmadan icra edilməsi, Azərbaycana qarşı əsassız ərazi iddialarına qətiyyətlə son qoyularaq, normal qonşuluq münasibətlərinin təsis edilməsi üçün əməli addımların atılması mühüm şərtdir".
Politoloq Turab Rzayev "Şərq"ə açıqlamasında deyib ki, son hadisələr fonunda sülh üçün az da olsa irəliləyiş imkanı yaranıb. Analitikin fikrincə, Azərbaycan tərəfi Qarabağda nə qədər qətiyyətli olduğunu göstərdi:
"Şuşa-Xankəndi yolundakı aksiya bir daha göstərdi ki, Azərbaycan dövləti və xalqı öz torpaqlarında ikinci dəfə təmas xətti yaranmasına imkan verməyəcək. Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi və separatçıların olduğu ərazi ayrıca struktur kimi hərəkət edə bilməz. Sülhməramlılar və separatçılar çalışır ki, əvvəl Ağdamdan keçən təmas xətti indi Xocavənddən keçsin. Təbii ki, buna qətiyyən imkan verməyəcəyik. Qarşı tərəf bizimlə razılaşmaqdan başqa yolunun qalmadığının fərqinə varmalıdır və varacaq".
T.Rzayev vurğulayıb ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər göstərdi ki, İrəvan axtardığını Aİ-də tapmayacaq:
"Məhz Fransa Prezidenti E.Makronun təşəbbüsü ilə Aİ Ermənistan-Azərbaycan sərhədinə missiya göndərmişdi. Makronun niyyəti missiya adı altında sərhədə hərbi baza yerləşdirmək idi. Eyni zamanda da Xankəndidə nümayəndəlik açmağı planlaşdırırdı. Ancaq Avropa İttifaqı missiyanın işinin bitdiyini və vaxtın uzadılmayacağını elan etdi.
Bununla yanaşı Fransa və Ermənistanın təkidi ilə Avropa Parlamentində Azərbaycana qarşı sanksiya məsələsinin qoyulması tələb olunurdu.
Lakin Avropa Parlamenti bunu gündəmə çıxartmaqdan imtina etdi. Bütün bunlar ona dəlalət edir ki, Aİ Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Yəni Fransa və Ermənistanın təxribatları nəticə verməməkdədir. Niyyətləri baş tutmayan Ermənistan hansısa şərtlərlə rəsmi Bakı ilə sülh müqaviləsi bağlamağa məcbur qalacaq. XİN rəhbərlərinin gözlənilən görüşü də prosesin tərkib hissəsi olacaq.
İki tərəfin rəsmilərinin və liderlərinin ikili görüşlərini əhəmiyyətli hesab edirəm. Əlbəttə, yekun sülh üçün danışmaq hələ tezdir. Ən azından ilkin məqamlar razılaşdırıla bilər, məsələn, problemlərin mərhələli həllinə nail olmaq mümkündür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol
Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb
11:07 01.09.2026
Aktual