
Sülhün Vaşintqon yolu:“Delimitasiya və Qazaxın yeddi kəndi... - Yol xəritəsi
Yusif Nəzərli
13:30 03.05.2023
Aktual
417
"Adətən belə görüşlər bir gün və ya bir neçə saat çəkir. Amma Vaşinqtondakı görüş bir neçə gündür, davam edir və bu əhəmiyyətli faktordur".
Bunu "Sherg.az"a siyasi şərhçi Asif Nərimanlı Vaşinqtonda keçirilən üçtərəfli görüşdən danışarkən deyib.
O bildirib ki, ABŞ konkret razılaşmaların əldə edilməsinə çalışır:
"Yəni görüşlərin bu qədər uzun çəkməsi Vaşinqtonun sülhlə bağlı nəticə əldə etməsinə hesablanıb. Həmçinin görünür ki, bu dəfə tərəflərin də sülhə yaxınlığı var. Hətta sülh sazişinin imzalanması ilə bağlı yol xəritəsinin hazırlanması və münasibətlərin tənzimlənməsi adlı yeni müqavilə üzərində işləndiyi haqqında müəyyən informasiyalar var. Müharibədən sonra sülhə mane olan ən böyük problemlərdən biri, kommunikasiya xətlərinin hansı məntiqlə açılması idi. Yəni Ermənistan Naxçıvana maneəsiz keçidi və Zəngəzur dəhlizini öhdəlik kimi götürsə də, bundan boyun qaçırmağa çalışdı. Zəngəzur dəhlizinin açılmasında maraqlı olan qüvvələrdən bir isə ABŞ idi. Onları Laçın dəhlizində olan Rusiyanın Zəngəzurda da olmasını istəmirdi. Ümumiyyətlə Ukrayna müharibəsindən sonra Qərb təşəbbüskar olaraq daha ön plana çıxdı. Digər tərəfdən Laçın yolunda nəzarət buraxılışın məntəqəsinin qurulması Ermənistanın narazılıqlarını da aradan qaldırır. Yəni bizim post qurmağımız, Zəngəzur dəhlizi açıldıqda Ermənistan da nəzarət buraxılış məntəqəsi qura bilər deməkdir. Bu konteksdə sülh müqaviləsinin bağlanmasının qarşısındakı maneə aradan qaldırılmış olur".

Analitik əlavə edib ki, danışıqların bir neçə gün davam etməsini hansısa nəticələrin əldə olunduğu kimi qiymətləndirmək olar:
"Fikrimcə Vaşinqtonda ən azından xarici işlər nazirləri səviyyəsində müəyyən bir yol xəritəsinin imzalanması mümkün olacaq. Digər tərəfdən Qarabağda Azərbaycanın suverenliyi də tanınır. Çünki davam edən danışıqlarda Qarabağdakı ermənilərdən etnik azlıq kimi bəhs edilməsi ilə əlaqədar informasiyalar var. Burada olan problem detallardan biri isə sərhədlərin delimitasiyası və Qazaxın yeddi kəndinin taleyidir. Digər tərəfdən Ermənistan Qarabağdakı separatçıları orada yaşayan ermənilərin təmsilçisi kimi təqdim etməyə çalışır. Təbbi ki, Azərbaycan tərəfi buna imkan vermir. Başqa bir məsələ isə bundan sonrakı dövrdə Rusiyanın proses mane olmasıdır. Çünki Peskov Kremlin heç bir razılaşmanı qəbul etmək niyyətində olmadığını bəyan edib. Eyni zamanda Moskvada görüş planlaşdırılır. Bundan sonra isə Rusiya çalışacaq ki, əldə edilən razılaşmaları pozsun. Amma Vaşinqton görüşü ilə bağlı gözləntilər böyükdür".
Qeyd edək ki, mayın 1 də ABŞ-ın paytaxtı Vaşinqtonda baş tutan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasındakı görüş davam edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya
Putin sərhədyanı bölgələrdə vəziyyəti “çətin” adlandırıb
18:28 21.04.2026
Gündəm
İsmayıl Bəqai BƏƏ-də iranlıların həbsinə münasibət bildirib
18:10 21.04.2026
Dünya
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
18:03 21.04.2026
Region
Tramp İrandan həbsdəki qadınların azad olunmasını xahiş edib
17:46 21.04.2026
Gündəm
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə açıqlama
17:35 21.04.2026
Gündəm
Aprel ayının pensiya ödənişləri yekunlaşdı
17:16 21.04.2026
Sosial
Cevat Gök: Netanyahu faktoru sülhü poza bilər - ŞƏRH
17:14 21.04.2026
Gündəm
Təhdid xarakterli paylaşım edən məktəbli saxlanılıb
17:06 21.04.2026
Hadisə
Tramp: İrana qarşı yeni zərbələrin endirilməsini gözləyirəm
17:05 21.04.2026
Gündəm