“Şuşa Bəyannaməsi”inin fəlsəfəsi! – Türkiyə-Azərbaycan tandemi və ya həlledici siyasi güc...” – Tarixi sənəd!
Yusif Nəzərli
12:32 14.02.2022
Aktual
614
“Postsovet ölkəsinin NATO üzvü olan ölkə ilə hərbi əməkdaşlıq müqaviləsi bağlaması postsovet məkanı üçün nadir haldır”
“Əminəm ki, o gələcək tarixdə böyük rol oynayan bir sənəd olacaq”
Türkiyə və Azərbaycan arasında müttəfiqlik münasibətləri haqqında “Şuşa Bəyannaməsi”nin təsdiq olunmasına dair qanun qüvvəyə minib. Bu barədə “Resmi gazete”də məlumat dərc olunub. Xatırladaq ki, fevralın 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsinin rəsmi şəkildə dərc edilərək qüvvəyə minməsi ilə bağlı qərarı ratifikasiya edib. Fevralın 12-də isə Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə Qanunu imzalayıb. Bəyannamə liderlər tərəfindən Şuşa şəhərində 15 iyun 2021-ci il tarixində imzalanıb.
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov “Şuşa Bəyannaməsi”inin əhəmiyyətindən “Sherg.az”a danışıb. O bildirib ki, postsovet ölkəsinin NATO üzvü olan ölkə ilə hərbi əməkdaşlıq müqaviləsi bağlaması postsovet məkanı üçün nadir haldır:
“Baltikyanı ölkələrin heç birinin arasında bu cür münasibət yoxdur. Eyni zamanda biz bilirik ki, Türkiyə təkcə NATO-ya üzv olunması ilə xarakterizə olunan ölkə deyil .O böyük iqtisadi gücə malik iyirmi ölkədən biridir. Rəsmi Ankara bu xüsusda artıq ilk onluğa iddialıdır.Türkiyənin hərbi və iqtisadi gücü hər kəsə bəllidir”.
T.Zülfüqarov artıq Azərbaycan-Türkiyə tandeminin bölgədə həlledici siyasi gücə çevrildiyini diqqətə çatdırıb:
“Bu birlik gələcəkdə daha çox nüfuz və imkanlara malik olan bir qurum olacaq. “Şuşa Bəyannaməsi” çox böyük bir hadisədir. Əminəm ki, o gələcək tarixdə böyük rol oynayan bir sənəd olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət
Biləcəridə hotelin fəaliyyəti dayandırıldı
09:55 30.10.2026
Hadisə
Azərbaycan nefti 122 dollardan yuxarı ticarət olunub
09:41 30.10.2026
İqtisadiyyat
Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb
09:31 30.10.2026
Gündəm
Bitkoinin qiyməti 79 min dollardan aşağı düşüb
09:19 30.10.2026
İqtisadiyyat
"Milan" və "İnter"in yeni stadionunun adı müəyyənləşdi
08:48 30.10.2026
Futbol
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
07:50 30.10.2026
Sağlamlıq