Şuşa-Xankəndi yolundakı aksiya nəticə verdi
Yusif Nəzərli
08:58 22.12.2022
Aktual
581
Bunu erməni separatçı-terrorçuları da anlamağa başlayıblar
"Aydınlaşmağa başlayıb ki, Laçın dəhlizindən hərbi və iqtisadi cinayətlər üçün istifadə müddəti sona çatmaq üzrədir”
Şuşa-Xankəndi yolunda keçirilən aksiyada iştirakçılar “humanitar yardım” adı altında qanunsuz daşımaların da qarşısını alır. Məlumatlara görə, yoxlanılmadan keçmək istəməyən beş yük avtomobili buraxılmayıb. Bu məsələ iki məqamı ön plana çıxarır. Qarabağa hələ də qanunsuz yüklərin daşınmasına cəhdlər edilir. Görünür, iştirakçıların “humanitar yardım”lara şərait yaratmasından sui-istifadə etmək istəyiblər və istisna deyil ki, yoxlamaya imkan verilməyən yük maşınlarında silah-sursat olub.
Qanunsuz daşımaların qarşısını almağa hesablanmış bu yoxlamalarla Azərbaycan xalqı Laçın yoluna nəzarəti praktiki olaraq icra edir. Proseslərin inkişafı yolda rəsmi şəkildə gömrük-buraxılış məntəqəsinin qurulması ilə nəticələnə bilər.
Politoloq Elçin Xalidbəyli "Şərq"ə açıqlamasında bildirib ki, Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası olduqca böyük əhəmiyyət daşıyır. Siyasi şərhçiyə görə, bunu erməni separatçı-terrorçuları da anlamağa başlayıblar:
"Aydınlaşmağa başlayıb ki, Laçın dəhlizindən hərbi və iqtisadi cinayətlər üçün istifadə müddəti sona çatmaq üzrədir. 44 günlük savaşın sona çatmasından sonra rəsmi Bakı və Azərbaycan xalqı iki il səbrlə gözlədi ki, Ermənistan üçtərəfli anlaşmalara riayət etsin. Ancaq rəsmi İrəvan həmin anlaşmalara nəinki riayət etmədi, əksinə, onları kobud şəkildə pozmaqda davam etdi. Ermənistan ordusunun tör-töküntüləri Azərbaycan ərazilərindən çıxarılmadı, silahlı erməni terrorçular tərksilah olunmadı. Üstəlik, Azərbaycana qarşı yeni iddialarla da çıxış etməyə başladılar. Digər tərəfdən, Ermənistandan Laçın dəhlizi ilə Azərbaycanın Xankəndi və ətraf bölgəsinə canlı qüvvə, silah-sursat, hərbi texnika daşıdılar. Həmin marşrutdan istifadə edərək, Azərbaycan ərazilərinin minalanması prosesini davam etdirdilər.
Bütün bunlar onu göstərir ki, Laçın dəhlizinin indiki şərtlər altında mövcudluğu artıq Azərbaycan dövlətinə qarşı real təhlükəyə çevrilib. Bu marşrutun nəzarətdən kənar qalması Azərbaycanın milli təhlükəsizlik maraqlarını ciddi şəkildə təhdid edir".
E.Xalidbəyli qeyd edib ki, bölgədə müvəqqəti dislokasiya olunan rus "sülhməramlılar"ın komandanı general-mayor Andrey Volkov və Kremlin emissarı, erməni fırıldaqçı Ruben Vardanyan ortaq şəkildə Azərbaycanın təbii sərvətlərinin talanması ilə məşğul olurlar:
"Təbii ki, bütün bunlar Azərbaycan cəmiyyətinin səbrini daşırdı və Laçın dəhlizində ekoloqların vətəndaş cəmiyyəti təmsilçiləri ilə birlikdə etiraz aksiyası keçirməsinə tamamilə əsaslar verir. Və aksiyanın mövcud nəticələri də göstərir ki, Azərbaycanın Xankəndi və ətraf bölgəsində erməni terrorizmini, hərbi və iqtisadi cinayətlərin qarşısını almaq üçün Laçın dəhlizi ilə bağlı mütləq daha qətiyyətli addımların atılması vacibdir.
Məsələ ondadır ki, Xankəndi və ətraf bölgənin yenidən Azərbaycana inteqrasiyasına nail olmaq üçün Laçın yoluna nəzarət edilməsi qaçılmazdır. Erməni terrorçuların ən çox narahat olduqları məqam da məhz budur. Azərbaycan dövlətinin ən qısa zamanda Laçın dəhlizində müxtəlif qurumların nəzarət-buraxılış məntəqələrini yaratması artıq reallığın tələbidir. Əgər bu baş verərsə, Xankəndi və ətraf bölgədə 30 illik erməni separatizmi və terrorizmi heç 30 gün belə davam gətirə bilməz. Ona görə də ilk növbədə Azərbaycan Ordusu mütləq Laçın dəhlizinə nəzarəti öz üzərinə götürməlidir. Üçtərəfli anlaşmalar da buna qarşı deyil. Xüsusilə də Ermənistanın Zəngəzur dəhlizinin açılması ilə bağlı maddələri icra etmədiyini nəzərə aldıqda, buna hüquqi əsaslar da var".
Analitik düşünür ki, BMT Təhlükəsizlik Şurasının son çağırışlarına isə qətiyyən əhəmiyyət vermək lazım deyil:
"Xankəndi və ətraf bölgə də, Laçın dəhlizi də beynəlxalq hüquqa görə məhz Azərbaycan ərazisidir. Digər tərəfdən BMT Təhlükəsizlik Şurasını Ermənistan çoxdan hörmətdən salıb. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan tərəfindən icra edilmədiyi halda, indi bu qurumun Azərbaycanın əraziləri ilə bağlı hər hansı mövqedən çıxış etməsi tamamilə məntiqsizdir. Fransa başda olmaqla, BMT Təhlükəsizlik Şurasının bəzi üzvləri vərdişləri üzrə yenə də "üç meymunu" oynayırlar.
Və bundan sonra Azərbaycana qarşı erməni diasporunun ssenariləşdirdiyi "üç meymun" tamaşası daha heç bir nəticə verməyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol
Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb
11:07 01.09.2026
Aktual
Ötən gecə Bakıya dolu düşüb, leysan olub - FAKTİKİ HAVA
10:41 01.09.2026
Ekologiya
Azərbaycan XİN Özbəkistanı Milli Günü münasibətilə təbrik etdi
10:39 01.09.2026
Gündəm
Putin ölkələrə çağırış etdi
10:27 01.09.2026
Dünya
Ukrayna Leninqradı vurdu
10:13 01.09.2026
Dünya
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla müzakirə aparıb - YENİLƏNDİ
10:11 01.09.2026
Gündəm
Prezidentin ŞƏT+ formatında görüşdə çıxışı gözlənilir
10:08 01.09.2026
Gündəm
Paşinyanla Putinin görüşü sərt keçəcək - Balasanyan
10:06 01.09.2026
Gündəm