Kreml açıqladı: Putin ABŞ-a gedə bilər

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Vladimir Putinin ABŞ-də keçiriləcək "G20 Zirvesi 2026" zirvəsinə qatılıb-qatılmayacağı hələ tam dəqiqləşməyib.

Sherg.az-ın məlumatına görə, Peskov qeyd edib ki, Putinin iştirakı mümkün variantlardan biridir və bu səfərin faydalı olacağı düşünülür. Lakin yekun qərar hələ verilməyib.

Kremlin rəsmisi həmçinin bildirib ki, Rusiya istənilən halda G20 sammitində təmsil olunacaq və ölkənin mövqeyi beynəlxalq platformada təqdim ediləcək.