Aİ səfiri Gürcüstan XİN-ə çağırılacaq

Avropa İttifaqının (Aİ) səfiri Pavel Herçenski Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) çağırılacaq.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə XİN başçısı Maka Boçorişvili bildirib.

Onun sözlərinə görə, Aİ bürokratiyasının Gürcüstana qarşı hazırkı münasibəti narahatlıq doğurur.

“Pavel Herçenski ilə Xarici İşlər Nazirliyində Gürcüstanın siyasi ictimaiyyətində haqlı olaraq qəzəbə səbəb olan məsələləri müzakirə etmək imkanımız olacaq”, - nazir əlavə edib.

Qeyd edək ki, Pavel Herçenski ötən gün Gürcüstanın yol ayrıcında olduğunu deyib. Səfir bildirib ki, ölkənin gələcəyi yaxın həftələrdə qəbul ediləcək qərarlardan asılı olacaq. Diplomat qeyd edib ki, Gürcüstanın vətəndaş müharibəsi, yoxsulluq, məhrumiyyətlər və korrupsiyanın olduğu qaranlıq dövrə qayıtmasına yol verilməməlidir.