Taksi xidmətində xaotik vəziyyət, nəinki sərnişin, sürücülər də narazıdır
09:18 04.06.2023
Aktual
461
Taksi fəaliyyəti ilə bağlı narazılıqlar artmaqdadır. Taksi xidmətində olan xaotik vəziyyət nəinki sərnişin və sürücüləri narahat edir, eyni zamanda ictimaiyyət arasında ciddi narazılığa, ictimai nəqliyyatın hərəkətinin pozulmasına, paytaxtda uzun tıxaclara səbəb olur. Taksi sürücülərinin bu fəaliyyətdən qazancları elə də çox deyil. Bəzən isə bank hesablarına köçən pulu taksi sürücüləri həftələrlə ala bilmirlər.
Millət vəkili Azər Badamov "Sherg.az"a deyib ki, taksi fəaliyyəti əhaliyə xidmətin bir növüdür.
Deputatın sözlərinə görə, bu sahədə nəzarətsizliyin höküm sürməsi bir sıra xoşagələməz halların davam etməsinə yol açır:
"Taksilərin əksəriyyətində natəmizlik höküm sürür. Elə halllar olur ki, taksi sürücüsü sərnişindən soruşmadan siqaret çəkməyə başlayır. Taksi şirkətlərin tətbiqi ilə taksi sifariş edəndə çox hallarda taksi sürücüləri ödənişin nağdsız olduğunu biləndə gəlmirlər. Həm də yol kənarında əl qaldırıb taksi saxlayıb mənzil başına çatanda sürücünün dediyi məbləği ödəməli olursan.. Elə hallar da olur ki, taksi sürücüsünün sağlamlıq durumu yerində olmur. Elə hallar da baş verir ki, taksini sifariş edib avtomobilə oturanda sifariş etdiyinə görə təəssüflənirsən. Yəni qısa olaraq qeyd etmək sitəyirəm ki, taksi xidməti sahəsində özbaşınalıq davam edir. Bu halların davam etməməsi üçün bu sahədə nəzarət mexanizmi tətbiq olunmalı, taksilər üçün ciddi tələblər müəyyənləşməlidir".
A.Badamov vurğulayıb ki, bütün taksilərdə taksometrlər quraşdırılmalıdır:
"Sərnişin taksometrinin göstəricisinə görə ödəniş etməlidir. Həm də taksilərdə posterminallar quraşdırılmalı və sərnişinin istəyinə uyğun nağd və ya nağdsız qaydada ödəniş edilməsinə şərait yaradılmalıdır. Taksi xidmətə başlayanda hər gün müəyyən məntəqədə həm sürücü, həm də avtomobil baxışdan keçirilməlidir. Düzdür, taksilərin şəhərdə çox olması rəqabəti gücləndirir və qiymətlərin aşağı səviyyədə qalmasına imkan yaradır. Digər tərəfdən xoşagəlməz hallar baş alıb getdiyini müşahidə etdikcə bu sahədə mütləq şəkildə yeni qaydaların və tələblərin müəyyənləşdirilməli olduğunu hesab edirəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm
Moskvadan İrəvana sərt cavab: Bu, manipulyasiyadır
20:33 29.08.2026
Dünya
Yuxudan duran kimi su içmək təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ
20:23 29.08.2026
Sağlamlıq