Tbilisidə Laçın-Xankəndi yolundakı azərbaycanlı ekoaktivistlərə dəstək aksiyası keçirilib
11:04 27.12.2022
Aktual
336
Gürcüstanın paytaxtı Tbilisidə “Stop Armenian ecocide" adlı aksiya keçirilib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, aksiya iştirakçıları Azərbaycanın Qarabağ iqtisadi rayonuna daxil olan Xankəndi şəhərində təbii sərvətlərin qanunsuz istismarına etiraz ediblər.
BMT-nin Tbilisi nümayəndəliyinin qarşısında keçirilən aksiyada iştirakçıları müraciət ünvanlayıblar.
Müraciətdə Laçın-Xankəndi yolunda azərbaycanlı ekoaktivistlərin keçirdiyi aksiyaya dəstək ifadə olunub.
"Biz Gürcüstanda yaşayan azərbaycanlılar Azərbaycanda fəaliyyət göstərən çoxsaylı qeyri-hökumət təşkilatları nümayəndələrinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarının dayandırılması tələbi ilə keçirilən etiraz aksiyasına dəstəyimizi bildiririk. Bu qanunsuz fəaliyyətlər regionda ekoloji gərginliyin yaranmasına səbəb olur. Buna etiraz etmək ətraf mühitin mühafizəsi, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir insanın borcudur. Biz Gürcüstanda yaşayan azərbaycanlılar milli və mənəvi vətənimiz Azərbaycanda müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlı kontingentinin nəzarəti altında olan ərazilərdə ekoloji vəziyyətin pisləşməsindən ciddi narahatıq.
İqlim dəyişikliyi və su ehtiyatlarının tükənməsi kimi ciddi beynəlxalq narahatlıq doğuran məsələlər fonunda Azərbaycanın Qarabağ bölgəsində bir qrup cinayətkarın ardıcıl olaraq ətraf mühitə zərər vuran əməlləri etnik nifrətdən qaynaqlanır. Bu ərazilərdə müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin qeyri-qanuni fəaliyyətə şərait yaratması və sistemli ekoloji terrorizmin qarşısını ala bilməməsi sülhməramlı qüvvələrin komandanlığının bir qrup cinayətkar oliqarxın təsiri altında olmasının göstəricisi hesab edirik",- deyə bəyanatda bildirilib.
Aksiyada "Ətraf mühitin terroruna yox!", "Ekoloji terrorizmə son!", "Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son!" kimi şüarlar səsləndirilib.
Aksiya Gürcüstanda fəaliyyət göstərən Azərbaycan Evinin təşəbbüsü və təşkilatçılığı ilə, Alyans Gənclər Mərkəzinin və "Tea House" gənclər evinin dəstəyi ilə baş tutub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region
Lavrov: Qərb Rusiyaya müharibə elan edib
19:48 24.04.2026
Dünya
Qəhvə içib yatsanız nə olar? - ARAŞDIRMA
19:40 24.04.2026
Sağlamlıq
Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı
19:34 24.04.2026
Şou
Aİ səfiri Gürcüstan XİN-ə çağırılacaq
19:19 24.04.2026
Cənubi Qafqaz
Kosta: Aİ İrana qarşı sanksiyaların ləğvi perspektivini görmür
19:11 24.04.2026
Dünya
ABŞ müdafiə naziri: Hərbçilərimiz Nobel Sülh Mükafatını almalıdır
19:03 24.04.2026
Dünya
Netanyahu prostat xərçənginə görə əməliyyat olundu
18:56 24.04.2026
Dünya
Ukrayna AB-yə dərhal qoşula bilməz - Merz
18:33 24.04.2026
Dünya