TDT çox ağıllı və strateji proyektdir
Yusif Nəzərli
09:10 22.12.2022
Aktual
433
Əsas məqsədi dünyada 300 milyondan çox olan türk kökənli insanları bir araya gətirməkdir
"Türk Dövlətləri Təşkilatının (TDT) mülki müdafiə mexanizminin yaradılması mərhələsindəyik". Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu TDT Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə Nazirlərin Zirvə görüşündə deyib. O bildirib ki, bu gün bu istiqamətdə ilk addımlar atılır: "Zəlzələlər güclü və dağıdıcıdır. Amma inanırıq ki, bizim qardaşlığımız daha güclüdür”.
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Şərq"ə deyib ki, Türk Dövlətləri Təşkilatının "doğum şəhadətnaməsi" 2009-cu ilin oktyabr ayında, Azərbaycanın beş min illik qədim tarixə malik Naxçıvan diyarında yazılıb. Professor vurğulayıb ki, bu ideyanın müəllifləri - Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevdir:
"Layihə çox ağıllı, uğurlu və uzaqgörən proyektdir. Əsas məqsədi dünyada 300 milyondan çox olan türk kökənli insanları bir araya gətirmək və gələcək talelərini birlikdə müəyyən etməkdir. Türk Dövlətləri Təşkilatı möhkəmlənənə və beynəlxalq təşkilata çevrilənədək açıq siyasət yürütməkdi. Regional qurum sayılsa da, beynəlxalq əməkdaşlıq və türk mənşəli xalqların inteqrasiyasi sahəsində böyük rol oynayır. Türk Dövlətləri Təşkilatı daha da təşkilatlanmaq, böyümək və güclənmək üçün yeni layihələr reallaşdırır. Onlardan biri də mülki müdafiə sahəsində birgə əməkdaşlıq mexanizmi yaratmaqdır. Mülki müdafiə sahəsində birgə əməkdaşlıq önəmlidir. Türkün birliyi zəlzələdən güclüdür. Türkiyənin müdafiə naziri Hulusi Akar bir müddət öncə Azərbaycan və Türkiyənin vahid ordu məsələsini də gündəmə gətirmişdi. Adını necə istəyirlər qoysunlar, kimisi Turan Ordusu deyir, başqaları Türk Ordusu adlandırır, fərq etməz. Türk Dövlətləri Təşkilatının özünümüdafiə mexanizmi yaratması vacibdir. Artıq bu məsələ də gündəmdədir. Hər bir dövlətin prioriteti ölkənin və xalqın milli təhlükəsizliyini təmin etməkdir".
C.Nuriyev söyləyib ki, türk xalqlarının yaşadığı bölgələrə dikilən yad gözlər çoxdur: "Ortaq müdafiə mexanizmlərinin yaradılması bütün təşkilat üzvlərinin təhlükəsizliyinə təminatdır. Daxili təhlükələrlə türk respublikaları özləri təkbaşına da mübarizə aparırlar.
Azərbaycan 44 günlük Vətən savaşı ilə digər türk dövlətlərinə də stimul, motivasiya verdi. Amma xarici təhlükəsizliklə birgə mübarizə çox vacibdir. Türkiyə və Azərbaycanın yerləşdiyi bölgə ən çox münaqişə və qarşıdurma yaşanan məkanlardandır. Ətrafımızda bizə düşmən güclər çoxdur. Ona görə də türk dövlətləri birmənalı şəkildə siyasi-iqtisadi və hərbi sahələrdə bir yerdə olmalıdırlar. Siyasi və iqtisadi sahələrdə xeyli yol qət edilib və ciddi çatışmazlıq yoxdur. Lakin hərbi sahədə daha sıx əməkdaşlığa, sazişlərə ehtiyac var. Bu proseslərdə lokomotiv statusa malik qardaş Türkiyədir. Təbii ki, Azərbaycan da mühüm rola sahibdir. TDT-nin işləmə mexanizmini mükəmməl hala gətirmək üçün davamlı görüşlər və müzakirələr şərtdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya
Hindistanın ən zəngin ştatında quraqlıq həyəcanı
22:54 26.09.2026
Ekologiya