“Təbrizdə həbs edilən yüzlərlə tələbədən xəbər yoxdur” – Etiraz dalğası böyüyür!
Yusif Nəzərli
12:54 03.10.2022
Aktual
464
Bazar günü İranın onlarla şəhərində keçirilən kütləvi aksiyalarla yanaşı, universitetlərdə də etirazlar baş tutub. Tələbələrin geniş etiraz aksiyalarından sonra oktyabrın 2-də İranın nüfuzlu Şərif Texnologiya Universitetində dərslər dayandırılıb. Növbəti bildirişə qədər tələbələrin universitetə girişinə qadağa qoyulub. Şərif Texnologiya Universitetində təşkil edilən aksiyaya hökumət qüvvələrinin sərt müdaxiləsi olub və tələbələrə qarşı gözyaşardıcı qazdan, rezin dəyənəklərdən istifadə edilib. Universitet mühasirəyə alınıb. İranın elm naziri Məhəmmədəli Zülfi Gül hadisə yerinə gəlib və aranı sakitləşdirməyə çalışsa da, nəticə əldə olunmayıb. Çox sayda tələbə yaralanıb və həbs edilib.
Ardınca üç oktaybrda Kirmanşah Baytarlıq İnstitutunun və Tehran Azad Tibb Universitetinin tələbələri də oturaq aksiyaya başlayıblar. Onlar “Qeyrətli müəllimlər, dəstək verin, dəstək verin” ,“Tələbə ölər, alçalmağı qəbul etməz” şüarlarlarını səsləndiriblər.
Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin İdarə Heyətinin Üzvü Sadiq İsabəyli İrandakı mövcud vəziyyəti “Sherg.az”a dəyərləndirərkən bildirib ki, artıq burdakı kütləvi etirazlar ikinci həftəyə qədər qoyub və etirazların əhatə dairəsi getdikcə daha da genişlənir:
“İndi artıq tələbələr və orta məktəb şagirdləri də aksiyalarda iştirak edirlər. Əvvəlcə Təbriz Universitetinində tələbələr etirazlara qoşuldular. Polis onların universitet qapısından küçələrə axın etməsinin qarşısını almağa çalışsa da, bacarmadı. Aksiyalarda səsləndirən şüarlara nəzər salaq:
"Diktatora ölüm olsun", " Xomeyniyə ölüm olsun", "İslam Cümhuriyyətini istəmirik". Bu şüarlar artıq mövcud rejimin ideoloji və siyasi mahiyyətini itirdiyini göstərdi. Təbii ki, buna çox ciddi və sərt müdaxilə edildi. Polislər axşama yaxın Təbriz universitetini tamamilə mühasirəyə aldılar. Bizə verilən məlumata görə, Təbrizdə həbs edilən yüzlərlə tələbədən xəbər yoxdur.
Onaların hara aparıldığı hələ də məlum deyil. Bundan sonra ayrı-ayrı şəhərlərdəki universitetlərin tələbələri də etirazlara qoşuldular. Bu etirazlara Tehranın Şərif Texnologiya Universitetində oxuyan tələbələr da qatıldı. Nəticədə həmin universitet qapadıldı. Tələblərlə təhsil nazirinin görüşü oldu.
Nazir onları aksiyalara qoşulduqları üçün təhdid etdi. Bu da ayrı bir etiraza səbəb olub. Kütlə gecə vaxtı nazirliyin önünə axışdı. Elə həmin gün axşam özlərinə millət vəkili deyən insanlar parlamentdə vətəndaşlara qarşı savaş elan etdilər. Onları təhdid edib, zorakı polisə təşəkkür etdilər.
Dedilər ki, bu etrizaçıları təmizləmək lazımdır. Bu indiki rejimin getdikcə aqressiv və basqınçı polisin gücünü ortaya qoymaq istədiyi göstərir. Amma artıq bunun xeyri olmayacaq. Çünki etirazlar daha da genişlənib, bütün bölgələrə yayılıb. Belə bir ağır vəziyyətin ortaya çıxmasında əsas səbəbkar rejimin özüdür. Vətəndaşlar belə bir hakimiyyəti istəmirlər”.
S.İsabəylinin fikrincə, İrandakı hakimiyyət indiki yanaşması ilə ölkədəki etirazların qarşısını heç cür ala bilməyəcək. Əksinə onların daha da genişlənməsinə səbəb olacaq:
“Rejim açıq-aydın öz vətəndaşlarına savaş elan edib. Sözsüz ki, 43 illik bu siyasi ideoloji hakimiyyətin apardığı siyasət onu uçuruma yuvarladacaq. Vətəndaşlar artıq təhdid və basqılarla yaşamaq istəmirlər. Mövcud rejim ya vətəndaşların bütün istəklərini qəbul etməli, ya da geri çəkilməlidir. İranda yeni nəsil bu siyasi rejimin mahiyyətcə mövcudluğunu qəbul etmir. Hələ burda qeyri-fars millətlərinə qarşı aparılan ayrı - seçkilik onlar üçün, ümümiyyətlə, qəbul edilməzdir.
Bütün bunları nəzərə alsaq, deyə bilərik ki, İrandakı etirazlar irəliləyən günlərdə daha da kütləviləşəcək. Nəticə isə gedişatdan asılıdı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tehranda qisas bayrağı qaldırıldı
12:38 06.07.2026
Gündəm
İraq Qaanini “arzuolunmaz şəxs” elan etdi
12:32 06.07.2026
Dünya
Sabah Bakıda 30, rayonlarda 37 dərəcə isti olacaq
12:24 06.07.2026
Ekologiya
Şri-Lankada həbsxanada üsyan olub, ölən və yaralananlar var
11:59 06.07.2026
Dünya
Şuşada çərkəz musiqiləri ifa edilib
11:35 06.07.2026
Mədəniyyət
İlham Əliyev Malavi Prezidentini təbrik etdi
11:03 06.07.2026
Gündəm
ABŞ qoşunlarını Estoniyadan tamamilə çıxarıb
10:50 06.07.2026
Dünya
Avropa sülhdən danışsa da, müharibəyə hazırlaşır...
10:44 06.07.2026
Dünya
Gilasın bilmədiyiniz zərəri...
10:41 06.07.2026
Sağlamlıq
Kontakt linzaların onlayn satışına icazə verildi
10:39 06.07.2026
Sağlamlıq
Paşinyan Rusiyaya işgüzar səfərə yollanıb
10:22 06.07.2026
Gündəm
Uzun müddət oturmaq ölüm riskini artırır
10:17 06.07.2026
Sağlamlıq
İynədən sonra əlil qalan uşağın işi məhkəməyə göndərildi
09:29 06.07.2026
Hadisə
İstidə sərinlənməyin ən təhlükəli üsulları açıqlanıb
08:55 06.07.2026
Maraqlı
Pasiyentlər əməliyyat zamanı həkimləri eşidir
08:34 06.07.2026
Sağlamlıq
Lilit Qalstyan ATƏT PA-nı Bakıya təzyiq göstərməyə çağırıb
07:25 06.07.2026
Gündəm