
TƏKLİF! - "Paytaxtdakı ali məktəblərin plan yerləri azaldılmalıdır"
Yusif Nəzərli
10:30 03.10.2022
Aktual
496
"Bölgə universitetlərində isə artırılmaq hesabına paytaxta gələcək insanların sayını süni şəkildə azalda bilərik"
"Bakı şəhəri üzrə bütün küçə və prospektlərdə günün istənilən saatında tıxaclar müşahidə olunur. Səhər və axşam saatlarında dözülməz həddə çatır".
Bu sözləri "Sherg.az"a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, birmənalı şəkildə ali və orta ixtisas təhsili müəssisələri, orta məktəblər sıxlığın yaranmasında böyük pay sahibidir:

"Tıxacların avtomobillərə texniki və maddi baxımdan, eyni zamanda insanlara əsəb və psixoloji cəhətdən, həmçinin işçi qüvvəsinə ciddi vaxt itkisi nöqteyi-nəzərindən böyük təsiri var.
Problem ali və orta ixtisas təhsili müəssisələrinin mərkəzdən kənara çıxarılması ilə həll olmayacaq. Bu, uzun və bahalı prosesdir".
Ekspertin qənaətincə, ilk növbədə, mərhələli şəkildə Bakı şəhəri üzrə ali və orta ixtisas təhsili müəssisələrinin plan yerləri azaldılmalı, bölgə universitetlərində isə artırılmaq hesabına paytaxta gələcək insanların sayını süni şəkildə azalda bilərik: "Bundan başqa, pandemiya dövründə olduğu kimi, ali və orta orta təhsil müəssisələrində, bəzi fənlər onlayn (distant) formada keçirilməlidir. Tədrisin hibrid şəkildə təşkili aktiv hərəkət sayında müsbətə doğru dəyişikliklə nəticələnəcək".
Qeyd edək ki, ali və orta təhsil müəssisələrində dərslərin başlanılması səbəbindən tələbələr paytaxta axın edib. Bakıda insan sıxlığı müşahidə olunur. Bu isə şəhər sakinlərinin vaxtı-vaxtında mənzil başına çatmasına maneə törədir. Eyni zamanda insanın əsəb sisteminə təsirsiz ötüşmür, səbrinin tükənməsinə gətirib, çıxarır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə