Təsdiqləndi:Tehrandakı səfirliyimizə hücum planlaşdırılmış terror aktıdır
Yusif Nəzərli
07:54 08.02.2023
Aktual
362
“İran rejimi cavab verməlidir, bu terror eyni zamanda həm regionda, həm də dünyada sülhə qarşı yönəlmiş təxribatdır”
Azərbaycanın Tehrandakı səfirliyinə hücumun planlaşdırılmış terror aktı olması rəsmən elan edildi. Ötən gün Azərbaycan Xarici İşlər Nazirliyində Tehrandakı Azərbaycan səfirliyinə terror hücumu ilə bağlı brifinq keçirildi. Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə hücumun başvermə şəraiti barədə detallı məlumat verdi və bunun planlı şəkildə həyata keçirilmiş terror aktı olduğunu bildirdi.
Qeyd olundu ki, İranda hücum üçün istirahət gününün seçilməsi, ehtiyat maqazinli avtomatik silahın və əlavə tapançanın, yandırıcı qatışığın olması, İran polisinin müdaxilə etməməsi bunun planlı terror aktı olduğunu deməyə əsas verir. O da diqqətə çatdırılıb ki, İran tərəfi baş verənlərlə bağlı izahat verilməsi, terror aktında əli olanların barəsində görülən tədbirlərlə bağlı Azərbaycanın tələbinə cavab verməyib.
Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan "Şərq"ə açıqlamasında deyib ki, artıq bütün dünyada tam məlumdur ki, məlum terror aktını İran antiislam rejimi uzun müddət planlaşdırandan sonra məqsədli şəkildə həyata keçirib. Burada araşdırılmalı və sübut olunmalı təkcə o qalıb ki, terrora əmri kimin verməsi müəyyənləşsin. Böyük ehtimalla birbaşa İran dövlətinin rəhbərlərindən hansısa verib bu əmri.
Hadisənin motivi, bütün detalları, subyektiv və obyektiv mahiyyəti tam sübut edir ki, göstəriş İran rəhbərliyi tərəfindən verilib. Terrorçu xüsusi təlim keçmiş, əslən azərbaycanlı olaraq qəsdən seçilib. Bir neçə güllə dolu daraq, tapança və digər partlayıcı maddələrin də terrorçuda olması onun xüsusi olaraq göndərildiyini isbat edir. İnsan bu qədər silah-sursatı qanunsuz şəkildə haradan əldə edə bilərdi əks halda? Xüsusən də İranda son iğtişaşlar zamanı polis və təhlükəsizlik orqanları ciddi şəkildə əhaliyə nəzarət edir, üsyançıların silah əldə etməməsi üçün əlindən gələni edir. Belə bir ərəfədə guya psixoloji problemləri olan bir şəxsin bu qədər silah və sursat əldə edərək səfirliyə özbaşına hücum etməsi mümkün deyil. Və İran rəsmilərinin açıqlamaları da əsas verir ki, bu, təşkil edilmiş hadisədir. Məqsəd isə guya Azərbaycana qarşı qorxu yaratmaqdır. İran hər zaman terrora dəstək verir və terroru özü üçün prioritet hesab edir. Vaxtilə ABŞ səfirliyinin binasına da belə bir hücum olub və səfirlik əməkdaşlarını uzun müddət əsir saxlayıblar. Bu yaxın dönəmdə Britaniyadakı səfirliyimizə də İrana bağlı radikal din pərdəli şəxslər tərəfindən də hücum olunmuşdu. Eyni ssenari indi də İranda təkrar olundu. Əgər bu təsadüf idisə, necə oldu illər öncə baş vermədi, sırf İranla Azərbaycan arasında müəyyən gərginlik müşahidə olunan ərəfədə oldu?".
T.İrfan vurğulayıb ki, bütün hallar bunu deməyə əsas verir ki, hadisə sırf İran fars molla rejimi tərəfindən məqsədyönlü şəkildə həyata keçirilib:
"Düşünürəm ki, eyni motivli oxşar hadisələri İrana bağlı qüvvələr ölkə daxilində də törətməyə cəhd edə bilərlər. Çünki ölkəmizdə çoxsaylı İrana bağlı şəbəkələr, agentlər, din pərdəsi altında fəaliyyət göstərən şəxslər var. Ona görə ölkədə ciddi şəkildə təmizləmə tədbirləri görülməlidir. Həmçinin din pərdəsi altında inanclı insanları İranın istismar etməməsi üçün özümüzün milli islam modelimiz formalaşmalı, milli din xadimlərinə qarşı İran şəbəkəsinin məhdudlaşdırma kampaniyasına son qoyulmalıdır. Çünki İran əsasən bu kimi təsirləri din adı altında həyata keçirir.
Səfirlikdə baş verən terrorla bağlı da bizim hüquq-mühafizə orqanlarının da iştirakı təmin olunmaqla ədalətli, obyektiv araşdırma aparılmalı və İran rejimi bu mənfur hadisəyə görə cavab verməlidir.
Azərbaycan xalqına qarşı, Azərbaycan dövlətinə qarşı törədilmiş bu terror eyni zamanda həm regionda, həm də dünyada sülhə qarşı yönəlmiş təxribatdır. Ona görə dünya birliyi də bu məsələdə öz mövqeyini ortaya qoymalı, İrana qarşı ciddi tədbirlər görməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Trabzonspor” və “Beşiktaş” Türkiyə kubokunun yarımfinalına çıxıb
00:44 24.04.2026
Futbol
Tramp: “Mənim vaxtım çoxdur, İranın isə yoxdur”
00:44 24.04.2026
Gündəm
Tramp: İranla müharibəni bitirməyə tələsmirəm
00:22 24.04.2026
Dünya
Tramp: İran məsələsində NATO-nun dəstəyinə ehtiyac yox idi
23:59 23.04.2026
Dünya
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm
Dua Lipa evlənir!
18:45 23.04.2026
Şou
Ebru Gündeşdən sürpriz: Yeni görünüşü sosial medianı silkələdi
18:42 23.04.2026
Şou
Derbi öncəsi gərginlik: "Fənərbağça"dan Dursun Özbəkə cavab gəldi
18:37 23.04.2026
Futbol