Tramp: ABŞ və İran arasında BMT Baş Assambleyası çərçivəsində üç saatlıq görüş keçirilib

ABŞ və İran nümayəndələri Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində üç saatlıq görüş keçiriblər.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.

Tramp görüşün çox yaxşı və məhsuldar keçdiyini deyib. Onun sözlərinə görə, ABŞ və İran rəsmiləri yaxın vaxtlarda yenidən görüşəcəklər.

ABŞ Prezidenti İranın qarşısında iki mümkün variantın olduğunu bildirib.

“Bir halda tamamilə məhv olmaq, alternativdə isə potensial böyük gələcək var. İran böyük ölkə ola bilər”, - Tramp deyib.

Tramp qeyd edib ki, sentyabrın 22-də keçirilən görüşdə onun nümayəndələri Stiv Uitkoff və Cared Kuşner də iştirak edib.

Tramp danışıqların detalları barədə məlumat verməyib.