Tramp: İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyəm

İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəm.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasında bildirib.

Trampın sözlərinə görə, o vəzifəyə gəldikdən sonra dərhal İranla danışıqlara başlayıb və nüvə proqramının, həmçinin terrorizmə dəstəyin dayandırılması müqabilində ona tam iqtisadi əməkdaşlıq təklif edib.

"Tehran isə bu təklifdən imtina etdi. Qəti şəkildə imtina etdilər. Bu, böyük bir səhv idi", - ABŞ lideri qeyd edib.

Tramp vurğulayıb ki, bundan sonra ABŞ "Gecəyarısı çəkici" əməliyyatını həyata keçirib, bunun nəticəsində isə ABŞ hərbçiləri İranın nüvə proqramını məhv ediblər.

"Mən yenidən İranı razılaşma bağlamağa çağırdım. Onlar yenə də imtina etdilər", - o deyib.

Tramp bildirib ki, İran adi ballistik raket proqramının arxasında gizlənərək nüvə silahının hazırlanmasını başa çatdırmağa çalışıb.

"Əgər buna nail olsaydılar, onlar terror və ölümü əbədi olaraq yaymaq imkanı əldə edəcəkdilər. Çünki biləcəkdilər ki, onları dayandırmaq üçün istənilən cəhd nüvə silahından istifadə etməklə məhv edilmə təhlükəsi ilə üzləşəcək", - ABŞ Prezidenti deyib.