Türk general: “Sülhməramlıların olduğu yer Azərbaycanın nəzarətinə keçəcək”
Banuçiçək Kalbalıyeva
09:39 07.12.2020
Aktual
661
Noyabrın 10-dan, yəni kapitulyasiya sənədinin imzalanmasından bəri cəbhədə, demək olar, sakitlikdir. Amma acı xəbərlər hələ də gəlməkdədir. Müdafiə Nazirliyinin verdiyi rəsmi məlumata görə, 44 günlük Vətən müharibəsi dövründə 2783 şəhidimiz, 1245 yaralımız olub. 100 nəfərə yaxın isə itkin var. Əlbəttə, onlardan hər biri himnimizdə də deyildiyi kimi, hüququndan (red: yaşamaq hüquqları) keçərək qəhrəman oldular. Qəhrəman oldular ki, tarixi ədaləti, ərazi bütövlüyümüzü bərpa etsinlər.
Türkiyəli ehtiyatda olan general Osman Qazi Kandemir göstərilən statistikanı “Sherg.az”a təhlil edib:
“Rəqəmlərə təsir edən müxtəlif faktorlar var. Bu müharibədə Azərbaycan əks-hücuma keçmişdi. Ermənistan isə müdafiə olunurdu. Müdafiə olunanın işi həmişə daha asandır.
Çünki o, müəyyən yeri sahiblənib və orada möhkənlənib. Əlbəttə, müharibə nə qədər uzun çəkirsə, itkilərin sayı da bir o qədər çox olur. Yəni bu iki məqam bir-birilə mütənasibdir. Növbəti bir məsələ isə ərazi ilə bağlıdır. Azərbaycan ordusu şərqdən qərbə doğru hərəkət edirdi. Orada şimaldan cənuba doğru uzanan Qarabağ sıra dağları var. Həmin dağlar cənubdan şimala, qərbdən şərqə doğru getdikcə yüksəlir. Ən yüksək hissəsi də şimaldakı Murovdağdır.
Biz aşağıdan yuxarı hərəkət etdiyimizə görə, işimiz ermənilərə nisbətən çətin idi. Çünki düşmənin gözü önündə idik. Təsadüfi deyil ki, ən çətin döyüşlər Qarabağın içərində olub. Şuşanın alınması isə bu çətinliyin ən pik həddi idi. Ərazinin dumanlı olması əsgərlərimiz üçün əlavə dezavantaj idi.
Hərbçilər sinə sinəyə gəlirdilər. Təhlillərdən də məlum olur ki, onların çoxu bıçaq zərbəsi ilə öldürülüb. Amma üstünlüyümüz hərbçilərin təhsil səviyyəsində idi. Əlbəttə, Azərbaycan əsgərləri düşməndən fərqli olaraq müharibəyə hərtərəfli hazır idilər”.
O. G. Kandemirin sözlərinə görə, nəticə itkilərdən daha vacibdir:
“Ermənistan hərbi-siyasi hakimiyyəti müharibəyə cəlb etdiklərinin çoxunu Qarabağda olanlardan seçmişdi. Çünki onlar bölgəni daha yaxşı tanıyırlar. Həm də sanki vətən müharibəsi aparmaları ilə bağlı bir rəy yaradılırdı. Guya, öz torpaqlarını qoruyurlar. Ya öləcək, ya qovulacaqdılar. Yəni iki halda Qarabağ daha onların olmayacaqdı.
İtki yarışına girməyin əleyhinəyəm. Əsas məsələ qələbəni kimin qazanmasıdır. İndi Qərb Azərbaycanın döyüş taktikasından, apardığı hərbi əməliyyatlardan danışır.
Ermənistan özünə o qədər güvənirdi ki, Azərbaycan ordusunun Şuşanı azad edəcəyini xəyalına da gətirə bilmirdi. Əsgərlərimizin boş-boşuna öləcəyini deyirdilər. Əlbəttə, zəfərimiz asanlıqla əldə olunmadı. İnşallah, indi sülhməramlıların olduğu yer də gələcəkdə heç bir problemsiz Azərbaycanın nəzarətinə keçəcək. Bu gün bizim başımız dikdir. Bu, şəhidlərimiz, qazilərimiz hesabına oldu. Mənim azərbaycanlı tələbələrimdən biri- Aqşin İbadov da Hadrudda şəhid oldu.
Onun timsalında bütün şəhidlərimizi hörmətlə anır, yaralılarımıza şəfa diləyirəm. Lakin unutmayaq ki, bu qalibiyyət şəhidsiz, itkisiz qazanılmayacaqdı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çempionlar Liqasının finalı almaniyalı hakimə tapşırıldı
19:45 11.05.2026
Futbol
Azərbaycan-Slovakiya hərbi əməkdaşlığı müzakirə olunub
19:31 11.05.2026
Gündəm
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya