Türk nazirin Zəngəzur dəhlizi ilə bağlı əminliyi nə ilə bağlıdır? - ŞƏRH
Yusif Nəzərli
11:05 19.05.2024
Aktual
497
"Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu Zəngəzur dəhlizinin 2028-2029-cu illərdən tam gücü ilə işləməyə başlayacağını bildirib. Nazir oxşar açıqlamanı bu il ərzində bir neçə dəfə səsləndirib. Türkiyənin nəqliyyat və infrastruktur nazirinin Zəngəzur dəhlizinin işə başlayacağı ilə bağlı əminliyi nə ilə bağlıdır? Axı Ermənistan Azərbaycanın manesiz dəhliz yanaşmasını qəbul etmir və bu, danışıqlarda irəliləyişin əldə edilməsinə əngəldir".
"Sherg.az" xəbər verir ki, bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Ekspert bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı razılıq olmasa da, Abdülkadir Uraloğlunun dəhlizlə bağlı ümidverici açıqlamaları ümumi işin xeyrinədir:
"Ankara ilə İrəvan arasında dialoq davam edir və mümkündür ki, Ermənistan rəsmiləri Zəngəzur dəhlizinin açılmasıyla bağlı üzərlərinə müəyyən öhdəliklər götürüblər. İrəvanı tələsdirməyə məcbur edən başqa gedişat da var. Ermənistan Zəngəzur dəhlizini yubadacağı halda İrandan keçən Araz dəhlizi işə düşəcək. Bu halda Ermənistan oyundankənar vəziyyətdə qalacaq və Orta dəhlizin tərkib hissəsi ola bilməyəcək. Azərbaycan və İran prezidetləri bu gün “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi ilə əlaqədar Araz çayı kənarında görüşüblər. Prezidentlərin Araz kənarıyla dəmiryolu xəttinin tikintisi mövzusunu da müzakirə edəcəyi ehtimalı yüksəkdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Boğazında yemək qalan şagird manevrası ilə xilas edildi
21:34 11.04.2026
Hadisə
Özgür Özəl hakimiyyəti dəyişmək üçün seçki çağırışı edib.
21:18 11.04.2026
Gündəm
Tramp: Hörmüz boğazı tezliklə gəmiçilik üçün açılacaq
20:55 11.04.2026
Dünya
Faciəvi qəza: Ana övladlarını qorumaq üçün canından keçdi
20:52 11.04.2026
Hadisə
Çin Tayvan üçün "yumşaq güc" kartını açdı – ŞƏRH
20:41 11.04.2026
Gündəm
Cey Di Vens və Cared Kuşner İran rəhbərliyi ilə üzbəüz görüşdü
19:53 11.04.2026
Dünya
Kürd siyasətçi İraqın yeni prezidenti seçilib
19:17 11.04.2026
Dünya
Türkiyədə 4,8 bal gücündə zəlzələ olub
18:50 11.04.2026
Hadisə
17 yaşlı şübhəli üçün 126 ilə qədər həbs istənilir
17:56 11.04.2026
Hadisə
Abşeronda ölüm hadisəsi baş verdi
17:51 11.04.2026
Hadisə
Ağdamda tikintidə ölüm hadisəsi baş verib
17:25 11.04.2026
Hadisə
Tərtərdə kanalda batan 7 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
17:23 11.04.2026
Hadisə
ABŞ-İran danışıqları başladı - YENİLƏNDİ
17:19 11.04.2026
Dünya
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:59 11.04.2026
Ekologiya