Türk polkovnik: “Birgə təlimlər ciddi mesajdır” - Müharibəyə hazırlıq...!
Banuçiçək Kalbalıyeva
12:12 02.02.2021
Aktual
1047
“Bu təkcə Ermənistana deyil, Rusiya və İrana Azərbaycan- Türkiyə ittifaqını xatırladan növbəti məqamdır”
“Ortaq fəaliyyətlər davam etməlidir”
Türkiyənin Qars şəhərində Azərbaycan Ordusunun bölmələrinin də iştirakı ilə keçiriləcək “Qış-2021” təlimlərinə hazırlıqlar davam edir. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin “Twitter” hesabında paylaşım edilib.
“1-12 fevral tarixlərində Qarsda keçirəcəyimiz “Qış-2021” Türkiyə-Azərbaycan birgə təlimlərinə hazırlıqlar davam edir. Hərbçilərimiz hazırlıq çərçivəsində minaatanlardan atışlar icra ediblər”, - deyə Türkiyə MN-dən bildirilib.
Regional münasibətlərin inkişaf etdiyi, o cümlədən Azərbaycan-Türkiyə qardaşlığının növbəti dəfə bütün dünyaya bəyan edildiyi bir vaxtda bu təlim, əlbəttə, xüsusi əhəmiyyət daşıyır. Amma məqsəd nədir? Sadəcə hazırlıq, yoxsa?
Ehtiyatda olan türk polkovnik Hasip Saygılı təlimləri “Sherg.az”a şərh edib:
“Belə təlimlərin bir məqsədi də bəd niyyətlilərə mesaj verməkdir. Beynəlxalq münasibətlərdə məsələlərin necə inkişaf edəcəyini sadəcə bir tərəf müəyyənləşdirə bilməz.
Və həmin proseslərə sadəcə bir tərəf də nəzarət edə bilməz. Təlim hər şeyə, o cümlədən müharibəyə hazırlıqlı olmaq deməkdir. Amma savaş bir neçə faktorun təsiri ilə başlaya bilər.
Yəni sadəcə təlimlə “müharibə başlayır” deyə düşünmək doğru deyil. İkinci bir tərəfdən isə təlimlər təkcə Ermənistana deyil, eləcə də, Rusiya və İrana Azərbaycan- Türkiyə ittifaqını xatırladan növbəti məqam kimi qiymətləndirilməlidir.
Bütün hallarda, ortaq təlimlər xeyirlidir.
Bu, uzun illər birlikdə addımlayan iki qardaş ölkənin əməldə də iş birliyinin təzahürüdür. “Dəmir yumruq” hərbi əməliyyatı isə bu fikirlərin xəbərçisi idi.
Ortaq fəaliyyətlər davam etməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya