Türk Şurasının nüfuzu artır
Banuçiçək Kalbalıyeva
11:04 17.04.2021
Aktual
549
Qazaxıstan və Özbəkistan da bu təşkilatın güclənməsinin tərəfdarıdır
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonrakı açıqlamasında müxtəlif mövzularla yanaşı Türk Şurası barədə vacib açıqlamalar səsləndirdi”. Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzi, politoloq Elxan Şahinoğlu deyib.
O, Türkiyə dövlət başçısının toxunduğu vacib məqamları “Şərq”ə açıqladı: “Birincisi, Ərdoğan dedi ki, sıraları genişlənən Türk Şurasını beynəlxalq təşkilat halına gətirmək vaxtı gəlib çatıb. İkincisi, o, Türk Şurasının nəzdindəki bir çox strukturlarla görülən işlərin daha güclü bir strukturlaşmaya ehtiyac olduğunu ortaya qoydu. Üçüncüsü isə bu ilin noyabr ayında Türkiyənin ev sahibliyi ilə keçirilən Türk Şurasının 8-ci Fövqəladə iclasında İstanbulda prestijli bir tarixi binanın şuranın və gələcəkdə qurulacaq təşkilatın idarə edilməsi üçün hazırlandığını vurğuladı”.
E.Şahinoğlu, həmçinin Türk Şurasının gələcək perspektivlərindən söz açdı: “Beləliklə, Ərdoğan Türk Şurasının funksiyasını artırmaq niyyətindədir. Azərbaycan da bunu istəyir. Ən əsası keçmiş illərdən fərqli olaraq, Qazaxıstan və Özbəkistan da Türk Şurasının güclənməsinin tərəfdarıdır. Digər tərəfdən, Mərkəzi Asiya ölkələri görürlər ki, təşkilata Macarıstan və Cənubi Koreya kimi ölkələrin marağı olduğu halda inteqrasiya prosesindən kənarda qalmaq olmaz. Qazaxıstan və Özbəkistan üçün Rusiyanın hakim olduğu Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındansa Türk Şurası daha faydalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm