Türkiyə ilə Azərbaycan arasında memorandum imzalanacaq
Yusif Nəzərli
11:58 12.02.2022
Aktual
836
“Növbəti həftə Türkiyə Cümhuriyyətinin və Prezident Administrasiyası Maliyyə Ofisi ilə Azərbaycan Mərkəzi Bankı (AMB) arasında yüksək texnologiyaların inkişafı və Azərbaycanda rəqəmsallaşma istiqamətində həyata keçirilən tədbirlərin daha aktiv koordinasiyası məqsədilə müvafiq memorandumun imzalanması nəzərdə tutulub”.
Bunu “Report”a Mərkəzi Bankın Baş direktoru Fərid Osmanov bildirib.
Onun sözlərinə görə, memorandum çərçivəsində Azərbaycanda qardaş Türkiyə dövlətinin praktikasının ölkəmizə gətirilməsi, sığorta sektorunun, kapital bazarlarının rəqəmsallaşması istiqamətində məsələlər müzakirə olunacaq.
Bu yaxınlarda AMB-nin nümayəndə heyəti İstanbulda Türkiyənin müxtəlif maliyyə institutlarında görüşlər keçirib. Görüşlər zamanı Türkiyənin maliyyə sektorunda təlim və inkişaf məsələləri, maliyyə bazarlarında peşə və kvalifikasiya standartlarının tətbiqi sahələrində geniş fikir mübadiləsi aparılıb, sözügedən istiqamətlərdə Türkiyə təcrübəsinin ölkəmizdə tətbiqi perspektivləri və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Türkiyə Mərkəzi Bankının (TRMB) sədr müavini Emrah Şenerlə görüşdə gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsi və intensivləşdirilməsi planları, xüsusilə maliyyə innovasiyaları sahəsində birgə araşdırma layihələrinin həyata keçirilməsi imkanları müzakirə edilib.
Bununla yanaşı, yanvarın 27-də Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Türkiyə Mərkəzi Bankında 1 milyard avro məbləğində 6 ay müddətinə depozit yerləşdirib.
Türkiyədə maliyyə sabitliyinə müsbət töhfə verən bu yatırım ARDNF-in investisiya strategiyası və Qaydaları çərçivəsində həyata keçirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət
Biləcəridə hotelin fəaliyyəti dayandırıldı
09:55 30.10.2026
Hadisə
Azərbaycan nefti 122 dollardan yuxarı ticarət olunub
09:41 30.10.2026
İqtisadiyyat
Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb
09:31 30.10.2026
Gündəm
Bitkoinin qiyməti 79 min dollardan aşağı düşüb
09:19 30.10.2026
İqtisadiyyat
"Milan" və "İnter"in yeni stadionunun adı müəyyənləşdi
08:48 30.10.2026
Futbol
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
07:50 30.10.2026
Sağlamlıq