Türkiyə mediası: Böyük Zəfər bölgədə davamlı sülhün yaranmasına təkan verib
08:56 10.04.2022
Aktual
523
Azərbaycanın irəli sürdüyü sülh şərtlərinin Ermənistan rəhbərliyi tərəfindən qəbul edilməsi Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən qlobal aktual mövzu olaraq geniş şəkildə işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, “TRT Haber” telekanalı aprelin 10-da səhər saatlarının xəbər buraxılışlarında mövzu ilə bağlı xüsusi reportaj yayımlayıb. Reportajda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı rəşadətli qələbə, işğaldan azad olunan ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri əsasında Qarabağa böyük qayıdış, Türkiyə-Azərbaycan müttəfiqliyi, eləcə də aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan ilə işçi nahar formasında görüşü barədə orijinal kadrlar əksini tapıb.
“TRT Haber” telekanalı, Anadolu Agentliyi, “Yeni şafak” qəzeti və digər nüfuzlu media qurumlar türkdilli ictimaiyyətin diqqətinə çatdırıblar ki, Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla dövlətlərarası münasibətlərin qurulması üçün beş prinsipdən ibarət təqdim edilən sənədin Ermənistan tərəfinin qəbul etdiyini bildirib.
Türkiyə mediası əsaslandırır ki, böyük Zəfər bölgədə davamlı sülhün yaranmasına təkan verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
10:39 04.09.2026
Dünya
Xırdalanda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB
09:52 04.09.2026
Hadisə
Putinin müşaviri: Ukrayna məhv olmaq təhlükəsi ilə üz-üzədir
09:45 04.09.2026
Siyasət
Qızıl və gümüş ucuzlaşıb
09:35 04.09.2026
İqtisadiyyat