"Türkiyə üçün əlimizdən gələni əsirgəməməliyik" - Nurel Kərim
Yusif Nəzərli
13:53 06.02.2023
Aktual
530
Qardaş Türkiyədə baş verən təbii fəlakət nəticəsində insan təlafatı və dağıntılar xəbəri hər birimizi dərindən sarsdı.
Son illər ərzində qeydə alınan ən dağıdıcı fəlakətin nəticələrini dərin kədər və üzüntü ilə izləyirik. Allahdan həyatını itirmiş bacı və qardaşlarımıza rəhmət, ailələrinə səbr diləyirəm.
Dağıntılar altında qalmış, yaralanan hər bir soydaşımızın tezliklə sağlığına qovuşmasını arzu edirəm. Azərbaycan dövləti və xalqı Türkiyədə baş verən bütün fəlakətlər zamanı öz dəstəyini ifadə etmiş və qardaşlarının dərdinə şərik olmuşdur. Misal olaraq yaxın illərdə üz-üzə qaldığımız meşə yanğınlarını göstərmək mümkündür.
Yenə də ilk dəstək və reaksiya Türkiyəyə qardaş Azərbaycan dövləti tərəfindən gəldi. İndi biz həm vətəndaş cəmiyyəti, həm qeyri-hökümət təşkilatları olaraq əlimizdən gələn hər bir dəstəyi əsirgəməməliyik. Hal-hazırda Türkiyədə yardım məqsədi ilə qan vermə aksiyaları keçirilir.
Milli Mənafe Təşkilatı olaraq bu aksiyanın Azərbaycanda da keçirilməsi təklifini irəli sürürük. Dağıntılar altında qalmış körpələrin çığırtıları, yaralı halda övladını axtaran valideynlərin fəryadları uzun zaman gözlərimiz önündən getməyəcək. Bu acı günlərdə Türkiyə xalqına dəstək olmaq qardaşlıq borcumuzdan əlavə həm də insanlıq borcumuzdur.
Milli Mənafe Təşkilatının sədri Nurel Kərim
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya