
Türkiyə və İsrail generallarının Bakı səfərində kəsişən nöqtə:“Dünyada hərb...”
Yusif Nəzərli
12:58 05.10.2022
Aktual
617
Türkiyə milli müdafiə naziri Hulusi Akar Azərbaycana gəlib. Qeyd edilir ki, H.Akar Heydər Əliyev adına Beynəlxalq Hava Limanındakı qarşılanmadan sonra Azərbaycan Müdafiə Nazirliyinə yollanıb. Azərbaycan müdafiə naziri Zakir Həsənov tərəfindən Türkiyəli nazir üçün hərbi qarşılanma mərasimi təşkil edilib. Onu Türkiyə Baş Qərargah rəisi, general Yaşar Gülər, Quru Qoşunları komandanı, general Musa Avsever, Hərbi Dəniz Qüvvələri komandanı admiral Ərcüment Tatlıoğlu və Hərbi Hava Qüvvələri komandanı general Atilla Gülan müşayiət edib .
Bundan öncə Oktyabrın 3-də isə İsrailin müdafiə naziri Benyamin Qansın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfər edib. Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla keçirilən görüş zamanı iki ölkə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib. Z.Həsənov hər iki ölkə arasında tərəfdaşlığın yüksək səviyyədə olmasının təkcə dövlətlərimizin inkişafında deyil, həm də bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını qeyd edib. B.Qans isə öz növbəsində hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edərək bu cür görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Səfərlərin əhəmiyyətini “Sherg.az”a dəyərləndirəm hərbi ekspert İbrahim Rüstəmli bildirib ki, İsrail və Türkiyə hərbi rəhbərlərinin ölkəmizə səfəri hərbi əməkdaşlığın gücləndirilməsi fonunda təşkil olunub:
“Azərbaycan dünyanın 30 dan çox ölkəsi ilə hərbi müqavilələr imzalayıb. İsrail və Türkiyə də bu dövlətlər sırasındadır. Bunun üçün də onların hərbi rəhbərlərinin Bakı səfəri, qeyri-adi qarşılanmamalıdır. Ölkəmiz 30 ilə yaxındır ki, dünya ölkələri ilə əməkdaşlıq edir. Biz dünyanın ən böyük hərbi sərgilərinin iştirakçısıyıq.
Bunların hamısı ordumuzun inkişafında xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan da Türkiyə və İsrail kimi hərbi sanayedə formalaşan ölkələrlə əməkdaşlıq vacibdir. Biz İsraildən ikinci ən çox hərbi texnika və silah alan ölkəyik.
Amma silahları almaq kifayət deyil. Alınan texnikanın necə işlədiyini öyrənmək də lazımdır. Buna görə də biz sözügedən ölkələrlə əməkdaşlıq edir, onların keçirdiyi təlimlərə hərbçilərimizi göndəririk.
Artıq dünyada hərb məsələsi qabarıq hal alır. Buna görə də hərbi əməkdaşlığın önəmi də artır. İsrail və Türkiyə Müdafiə Nazirləri ilə də görüşlər məhz bu sferadadır”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil
Mal əti bahalaşdı
11:05 02.09.2026
İqtisadiyyat
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
11:02 02.09.2026
Hadisə