Türkiyəli müğənnidən Ukraynaya dəstək


Türkiyəli müğənni Haluk Levent Rusiyanın Ukraynaya qarşı keçirdiyi genişmiqyaslı hərbi əməliyyatlar nəticəsində zərərçəkənlərə yardım etmək üçün səfərbər olub.

Axşam.az xəbər verir ki, bu barədə o, istaqram hesabında məlumat yayıb. İfaçı rəhbəri olduğu "Ahbap" dərnəyi vasitəsilə Ukraynaya beş TIR humanitar yardım göndərəcəyini açıqlayıb.

Onun sözlərinə görə, sözügedən yük maşınları 2-3 gün ərzində günə yola düşəcək.