“Ukrayna müharibəsi uzun müddət davam edəcək” - Kansler

Almaniya kansleri Olaf Şolts Ukrayna müharibəsinin uzun müddət davam edə biləcəyini bildirib.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Avropa İttifaqına (Aİ) üzv ölkələrin başçılarının Brüssel görüşündən əvvəl təşkilatı Ukraynaya dəstəyin gələcəkdə necə təşkil olunacağını müzakirə etməyə çağırıb.
"Bu vacibdir. Çünki münaqişənin uzun müddət davam edə biləcəyi faktına köklənməliyik", - Almaniya hökumətinin başçısı deyib.