Ukrayna səfiri Azərbaycana humanitar yardıma görə minnətdarlıq ifadə edib

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Azərbaycan tərəfinin göstərdiyi humanitar yardıma görə minnətdarlığını bildirib.

Trend xəbər verir ki, bu barədə səfir öz "Twitter" səhifəsində paylaşım edib.

"Ukrayna Azərbaycandan bizim üçün çox vacib olan humanitar yardım almağa başlayıb. Xədarət alanların ehtiyaclarını ödəmək üçün dərman vasitələti və tibbi avadanlıq göndərilib. Ukraynaya əməli dəstəyə görə dost Azərbaycana təşəkkür edirik!", - paylaşımda deyilir.