Ukraynada humanitar dəhlizlər Rusiya və Belarus istiqamətində olacaq

Rusiyanın humanitar dəhlizləri öz ərazisinə və Belarusa doğru olacaq.

APA-nın xəbərinə görə, RİA “Novosti” xəbər agentliyinin paylaşdığı təxliyə rotalarına əsasən, humanitar dəhliz vasitəsilə Kiyevin mülki əhalisi Rusiya və Belarusa, Xarkov əhalisi isə yalnız Rusiyaya gedə biləcək.

AFP-nin məlumatında isə qeyd olunub ki, Mariupol və Sumı şəhərlərinin mülki əhalisi digər Ukrayna şəhərlərinə, eləcə də Rusiyaya gedəcəklər.