Ukraynadakı türklər Vətənlərinə döndü: "Odessadan 3 günə gəldik"

 Rusiyanın  hücumundan sonra Ukraynada yaşayanlar, Xarici işlər nazirliyinin təşkilatı və öz imkanlarıyla Türkiyəyə çatmağa çalışır. 
Odessadan çıxarılan və əksəriyyəti tələbələr olan 248 nəfər, 5 avtobusla birlikdə Edirnedən Bolqarıstana açılan Hamzabeyli Sərhəd Qapısından Türkiyəyə daxil olub. 
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Odessadan təxminən 3 gün əvvəl avtobuslarla çıxarılan türk vətəndaşlar Edirne Hamzabeyli Sərhəd Qapısına bu səhər çatıb. Vətəndaşlar 3 gün yol qətt etdiklərini və Vətənlərində olmaqdan məmnun olduqlarını bildiriblər. 
Turan