Ukraynadan təxliyə edilən türkləri aparan ilk avtobuslar Türkiyəyə çatıb

Rusiya-Ukrayna böhranı ilə əlaqədar Ukraynadan təxliyə edilən Türkiyə vətəndaşlarını aparan ilk avtobuslar Türkiyəyə çatıb.

Sherg.az Azərtac-a istinadən xəbər verir ki, təxliyə planı Türkiyənin Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir.

Ukraynanın hava sahəsinin bağlı olması səbəbi ilə quru yolla ötən gün yola çıxan ilk avtobuslar Rumıniya və Bolqarıstandan keçərək Türkiyəyə çatıb.

Təxliyə prosesi davam edir.