
Ukraynanın Saakaşvili tələbi:«Gürcü xalqı bu təhqirə dözməməlidir»
Yusif Nəzərli
12:06 07.02.2023
Aktual
678
Ukrayna Ali Radası Mixail Saakaşvilinin xaricə müalicə üçün təcili göndərilməsinin zəruriliyinə dair Gürcüstan, Avropa Parlamenti, Aİ Şuras, Avropa Komissiyası, AŞPA və Avropa İttifaqına üzv ölkələrin parlamentlərinə müraciətləmə layihəsini dəstəkləyib.
Qərara 311 deputat müsbət səs verib.
Millət vəkilləri Gürcüstan hökumətindən Saakaşviliyə lazımi tibbi yardım göstərməyi və lazımi müalicə üçün onun xaricə aparılmasına icazə verməyi xahiş ediblər.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski dünya ictimaiyyətini Saakaşvilinin həyatını xilas etməyə və onun edamının qarşısını almağa kömək etməyə çağırıb. Eyni zamanda, Ukrayna artıq rəsmi olaraq Gürcüstandan onun müalicəyə göndərilməsini xahiş edib.

Ukraynanın tələbi ilə bağlı "Sherg.az"a danışan əslən Borçalıdan olan “Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli bildirib ki, Saakaşvili islahatçı demokratdır:
"O hakimiyyəti dönəmində Avropa Birliyi və NATO-ya inteqrasiya xəttini tutub. Mafiyanın və rüşvətin kokünü kəsib. Rusiya imperializminin əleyhinədir. Ona görə də zindandadır. Saakaşvilini zindanda saxlayan hüquqdan daha çox sadaladığım amillərdir. Ukraynanın təşəbbüsləri ləyaqət məsələsidir.
Onu həbs edənlərdə isə həmin keyfiyyət qıtdır. Ən böyük məsuliyyət Gürcüstan cəmiyyətinin üzərinə düşür. Gürcü xalqı bu təhqirə dözməməlidir. Beynəlxalq ictimaiyyət və gürcü xalqı vahid güc faktoruna çeviləcəyi təqdirdə Saakaşvili haqq etdiyi azadlığa qovuşar, Zəlimxan Məmmədlinin də Gürcüstana yolu açılar".
Qeyd:“Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin 2014-cü ilin oktyabr ayından Gürcüstana gedişinə qadağa qoyulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat