Ülviyyə Zülfiqar: QAİ və Azərbaycan-Türkiyə İctimai Birliyinin keçirdiyi konfrans böyük əhəmiyyətə malikdir
11:06 21.05.2025
Aktual
565
Qərbi Azərbaycan mövzusu bu gün Azərbaycanın gündəmində olan ən vacib məsələlərdən biridir. Qərbi Azərbaycan İcması və Azərbaycan-Türkiyə İctimai Birliyinin birlikdə təşkil etdiyi konfrans da bu baxımdan böyük əhəmiyyət daşıyır. Tədbirin Türkiyədə keçirilməsi isə onun önəmini daha da artırır. Azərbaycan Prezidentinin tədbir iştirakçılarına ünvanladığı müraciət də bu mövzuya verilən yüksək diqqətin göstəricisidir. Bu konfrans bir daha göstərir ki, Qərbi Azərbaycan məsələsi hər kəs üçün vacibdir və bu istiqamətdə işlər davam etdirilməlidir.
Qərbi Azərbaycan İcmasının mətbuat katibi Ülviyyə Zülfiqar mövzu ilə bağlı Sherg.az-a açıqlama verib:
"Qərbi Azərbaycan İcması və Azərbaycan-Türkiyə İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən konfrans böyük əhəmiyyətə malikdir. Xüsusilə də tədbirin ölkəmizin sərhədlərindən kənarda–qardaş Türkiyədə keçirilməsi onun əhəmiyyətini daha da artırır. Konfransda yüzlərlə alim, rəsmi şəxs və xarici qonaqlar iştirak edir. Onlarla birlikdə, Qərbi azərbaycanlıların geri qayıdış hüququ, son iki yüz il ərzində baş verən faciələr və digər mühüm məsələlər müzakirə olunur. Geri qayıdışla bağlı müxtəlif fikir və təkliflər səsləndirilir.
Xüsusilə də Azərbaycan Prezidentinin konfrans iştirakçılarına ünvanladığı müraciət xüsusi önəm daşıyır".
Müsahibimiz sonda bir daha bu konfransın Qərbi Azərbaycan məsələsinin və qərbi azərbaycanlıların geri qayıdış hüququnun nə qədər vacib olduğunu nümayiş etdirdiyini söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi