Valideynlər körpələrini "topuq testi"ndən keçirsə yaxşı olar
Yusif Nəzərli
21:30 06.06.2022
Aktual
1804
Bu testlə uşaqda əsasən hipotiroidizm ve fenilketonuriya xəstəliyinin olub-olmaması yoxlanılır. Hər ikisi anadangəlmə xəstəlikdir
Yeni doğulan uşaqlarda bir sıra müayinələrin aparılması zəruri sayılır. Tövsiyə olunan müayinələrdən biri də topuq analizidir. Dünya səhiyyə sistemində tətbiq edilən “Topuq testi”nin Azərbaycanda da tətbiqi tövsiyə olunur.
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Yenidoğulanların reanimasiyası şöbəsinin müdiri, Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi Rüstəm Hüseynovun sözlərinə görə, bu testlər Azərbaycanda kütləvi şəkildə tətbiq edilməlidir: “Gərək yenidoğulmuşlardan topuq testinin götürülməsinə görə əhali ilə böyük iş aparılsın. Hazırda bu test könüllüdür. Heç kim istəməz ki, sonradan hansısa xəstəlik aşkarlana və həkim deyə ki, artıq gecdir, müalicəsi yoxdur. Valideynlər özləri gərək bunu düşünsünlər. Biz artıq bir aya yaxındır bu testi götürürük. Valideynlərə məsləhət və tövsiyələrimizə baxmayaraq, övladına topuq testi etdirməyənlər olur. Başa düşmək lazımdır ki, topuq nahiyəsindən test götürməklə uşağı incitmirik, əziyyət vermirik. Valideynlər əsasən bundan qorxur. Topuq yuyulur, sterilizə edilir, sonradan oradan 1 damcı qanla xüsusi kağız üzərində 5 yerə vurulur. Bu test uşağın yeməyindən 3 saat sonra götürülür. Testi vaxtında doğulan uşaqların 3-cü sutkasında, vaxtından əvvəl doğulan uşaqların isə 7-ci sutkasında götürmək tövsiyə olunur”.
Maraqlıdır, bu analizlər nəyi aşkara çıxarır?
Pediatr-neonatoloq Qoşqar İsmayılovun “Şərq”ə açıqlamasına görə, topuq testi analizi yeni doğulmuş uşaqlarda bir sıra metabolik xəstəliklərin aşkarlanması üçün edilir. Körpənin həyatının 3-7-ci günlərində reallaşdırılır:
"Bu analiz vasitəsilə uşaqlarda xəstəlik əlamətləri yaranmadan xəstəliyin diaqnozunu qoymaq mümkün olur. Erkən qoyulan diaqnoz isə əmələ gələ biləcək xəstəlik əlamətləri və onların fəsadlarının qarşısını alır. Çünki bəzi irsi metabolik xəstəliklərə sonradan diaqnoz qoyulduqda, yaxşı müalicə olunsa belə, fəsadlar qalır. Ona görə bu xəstəlikləri öncədən bilmək onun fəsadlarının yaranmasının qarşısını alır. Bizdə isə ödənişlidir.
Topuq analizi "Tarama testi" bütün dünyada "chek-up" olaraq edilir. Hər bir ölkədə fərqli olur. Bir çox ölkələrdə bu testlər dövlət səviyyəsində ödənişsiz olaraq aparılır. Bizim ölkəmizdə isə ödənişli olduğu üçün məcburi deyil. Analiz xərci də bahalı olduğundan valideynlər könüllü olmurlar. Amma mən valideynlərə ciddi şəkildə yenidoğulmuşlara rutin olaraq topuq testi etdirmələrini tövsiyə edirəm.
Pediatrın sözlərinə görə, "Topuq testi" ilə uşaqda əsasən hipotiroidizm ve fenilketonuriya xəstəliyinin olub-olmaması yoxlanılır. Hər ikisi anadangəlmə xəstəlikdir:
“Bu analiz vasitəsilə müəyyən olunan xəstəliklərdən biri hipotiroidizimdir. Bu, qalxanvari vəzin işinin zəifləməsinə, hormonlarının catışmazlığı ilə bağlı xəstəlikdir. Bu xəstəliklər müalicəsiz qalarsa ağıl geriliyi, boy qısalığı, katarakt kimi ciddi problemlərə gətirə bilər.
Bu xəstəliyə erkən diaqnoz qoyularsa, 1 dərmanla müalicə olunur. Ancaq gec aşkarlanarsa, bərpa olunmayan zəka və boy problemləri yaranır. Yəni erkən diaqnoz xəstəliklərin simptomları və ağırlaşmaları yaranmadan onun qarşısını almaq və müalicə etmək üçün çox önəmlidir. Çünki sonradan qarşısını almaq olmur. Fenilketonuriya da bu test ilə aşkar edilir. Bu zaman fenilalanin hidroksilaza adlı ferment çatışmır. Qanda fenilalajin və onun metabolitleri artır. Onların artıq miqdarı beyinə toksiki təsir göstərir”.
Q.İsmayılovun sözlərinə görə, bu testin aparılmasının zərərli tərəfi yoxdur. Əksinə, çox faydalıdır. Test vasitəsilə uşaqlıqda yaranacaq əqli geriliyin qarşısı tamamilə alına bilər:
“Analiz zamanı körpənin hiss etdiyi ağrı olduqca cüzidir. Barmaqdan qan analizi almaq kimi bir prosedurdur. Topuq testi heç bir narahatlıq vermir. Valideyn övladının zehni, psixoloji, nevroloji geriliyini əvvəlcədən bilmə şansını qaçırır. Topuq testi körpə üçün bir şansdır və düşünürəm ki, analar bu şansı övladlarından almamalıdır. Düşünürəm, bu analizlərə marağın az olmasının əsas səbəbi maariflənmənin zəif olmasıdır. Özəl klinikalarda kifayət qədər baha qiymətə kesr etdirən valideynlər üçün 50 manat verib uşağını topuq testi etdirmək problem olmamalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Husilər Ər-Riyada hücum etdilər
13:42 20.10.2026
Dünya
“Barselona” “Mançester Yunayted”in müdafiəçisi ilə maraqlanır
13:28 20.10.2026
Futbol
Kallas Qara dənizdə hücumlara moratorium qoyulmasını tələb etdi
13:23 20.10.2026
Gündəm
Bağçalı: Türk dünyasının birliyini dosta-düşmənə göstərəcəyik
13:15 20.10.2026
Gündəm
Paşinyan ölkə vətəndaşlarını etirazlara çağırdı
12:35 20.10.2026
Region
Vens: Ukrayna NATO-ya üzv olmamalıdır
12:09 20.10.2026
Dünya
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
11:57 20.10.2026
Hadisə
Azərbaycanda bu şəxslər pensiyaya 20 il tez çıxa bilər
11:39 20.10.2026
Sosial
ABŞ-nin müharibə naziri Netanyahu ilə gizli görüş keçirib
11:13 20.10.2026
Dünya
Qəzzada 500 min fələstinliyə ərzaq yardımı dayandırılır
10:48 20.10.2026
Dünya
Kim Çen Inin səhhəti ilə bağlı şayiələr yayılıb
10:35 20.10.2026
Dünya
Məşhur meyxanaçı vəfat etdi - Foto
10:20 20.10.2026
Hadisə
Rusiya ayıları NATO ölkələrinə “hücum”a keçdilər
10:17 20.10.2026
Dünya
Ağ Ev sözçüsü vəzifəsində cəmi 5 gün qaldı
10:02 20.10.2026
Dünya
Qripdən sonra infarkt riski 16 dəfə arta bilər
09:54 20.10.2026
Sağlamlıq