Vardanyan-Volkov işbirliyində FİASKO: planları pozulur
Yusif Nəzərli
13:40 19.12.2022
Aktual
505
“Mənə elə gəlir ki bu aksiyalar bizim istədiyimiz effekti artıq verməyə başlayıb”.
Bunu “Sherg.az”a açıqlamasında “AzVision.az” ın baş redaktoru, tanınmış jurnalis Vüsal Məmmədov Şuşa-Xankəndi yolunda Azərbaycanın qeyri-hökumət təşkilatları təmsilçiləri, ictimaiyyət nümayəndələri, ekofəallar və ekspertlərin iştirak etdikləri mülki aksiyadan danışarkən deyib. Həmkarımız qeyd edib ki, ortada son məqsədlər var və ona çatılacağına şübhə ola bilməz:
“Hətta bəzi nəticələr ortadadır. Artıq Ermənistan, Qarabağda yaşayan ermənilər və Rusiyanın sülhməramlı kontingenti də Azərbaycanın razılığı olmadan hansısa addımların atılmasının mümkünsüz olduğunu gördü. Yəni rəsmi Bakının əlində metodlar və prosesə təsir imkanı çoxdur.
Dövlət kənarda dayansa belə, vətəndaş cəmiyyətinin meydana daxil olması ilə Azərbaycan hadisələrə çox güclü təsir göstərmək iqtidarında olduğunu sübut etdi. Digər tərəfdən Ermənistan 8 gündür özünə əl qatıb. Amma heç nəyə nail ola bilmir.
Yəni onlar aciz vəziyyətdədirlər və çırpınırlar. Kənardan buna baxdıqda isə gülünc bir mənzərə yaranır. Eynilə 44 günlük Vətən müharibəsindəki vəziyyətidir sanki. Mən buna zarafatla "dabanyalayan 2" deyirəm. Onlar bizimlə danışıb razılığa gəlməkdən isə gah rus sülhməramlılarına, gah Hollandiya parlamentinə, gah da Fransaya müraciət edirlər. Lakin bunların heç birinin xeyri yoxdur. Rəsmi İrəvan elə bir reallıqla üzbəüz qoyulub ki, burada hər şeyi həll edən güc Azərbaycandır. Yəni onlar həll yolu axtarırlarsa, bizimlə danışmalıdırlar".
Baş yazar qeyd edib ki, artıq ermənilər reallıqla barışmaqdan başqa yollarının olmadığını görürlər:
"Bu isə indidən əldə edilən nəticədir. Qarabağda məskunlaşan erməni əhalisi də Azərbaycanın iradəsi olmadan torpaqlarımızda istədiyi kimi davrana bilməyəcəklərini yaxşı anlayır.
Burada söhbət mülki insanlardan getmir. Söhbət onların adından danışan Vardanyan-Volkov işbirliyindən gedir. Bu xunta anlamalıdır ki, Azərbaycanı saymadan planlarını həyata keçirə bilməyəcəklər. Necə ki, artıq Qarabağın sərvətlərini kənarda sata bilmirlər.
Məncə, bunlar artıq ciddi siyasi nəticədir. Ekoloji nəticə isə gec-tez olacaq. Aksiya iştirakçılarının da dediyi kimi nəticə əldə olmasa, heç kəs geri çəkilməyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol
Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb
11:07 01.09.2026
Aktual
Ötən gecə Bakıya dolu düşüb, leysan olub - FAKTİKİ HAVA
10:41 01.09.2026
Ekologiya
Azərbaycan XİN Özbəkistanı Milli Günü münasibətilə təbrik etdi
10:39 01.09.2026
Gündəm