Vardanyanla bağlı qərar: İstintaq üçün 7-8 ay lazımdır -ŞƏRH
09:56 29.01.2024
Aktual
542
Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı davam etdirilən separatçı Ruben Vardanyan barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılmasından verilən apellyasiya şikayətinə baxılıb.
R.Vardanyanın müdafiəçisi tərəfindən verilən şikayətlə bağlı Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edib. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib və R.Vardanyanın barəsində həbs müddətinin uzadılması barədə birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılıb.
Hazırda digər separatçılarla birlikdə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanasında saxlanılan Ruben Vardanyana Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, BBC bu yaxınlarda qalmaqallı milyarder Ruben Vardanyanı ifşa edən geniş araşdırma materialı ilə çıxış etmişdi.
Ruben Vardanyanla bağlı verilən qərar barəsində "Sherg.az"a danışan Domokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib ki, BBC Vardanyanın cinayətkar əlaqələrini ifşa etməzdən öncədə güman olunurdu ki, onun maddi imkanının yüksək olduğu kimi belə əlaqələri də mövcuddur:
"O, özünün cinayətkar əməllərini və çirkli pullarının qorunması istiqamətində müəyyən şəxslərlə əlaqə yaradaraq öz təhlükəsizliyini təmin etməyə çalışırdı. BBC sayəsində bütün dünya bildiki bu yaramaz hansı işlərlə məşğuldu".
Ç.Qənizadə Dövlət Təhlükəsizlik Xidmətinin Baş İstintaq İdarəsi tərəfindən aparılan istintaqla bağlı həbs qətimkan tədbirinin uzadılması ilə əlaqədar verilmiş təqdimatın məhkəmə tərəfindən təmin edildiyini qeyd edib:
"Yenidən 4 ay müddətində istintaqın uzadılması qərarına gəlinib. Digər tərəfdən Ruben Vardanyan Azərbaycan qanunvericiliyi ilə hüquqları qorunan şəxslərdən biridir. Onun apelasiyya şikayət vermək haqqı var və vəkilləri vasitəsilə sözügedən hüququndan istifadə edib. Lakin apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını doğru hesab edərək, 4 aylıq istintaq müddətinin uzadılması ilə bağlı qərarı qüvvədə saxlayıb".
Hüquq müdafiəçisi Ruben Vardanyanın cinayət əməllərinin çoxluğu səbəbiylə istintaqı aparmaq üçün 7-8 ayın bəs etmədiyini söyləyib:
"Bu səbəblə də onunla bağlı verilən qərarlar hüquqi çərçivədədir. Hazırda Azərbaycanda Ruben Vardanyan kimi separatçı rejimin bir çox lideri həbsdədir. Onların hər biri haqqında müddətin uzadılması ilə bağlı addımlar atılacaqdır. Çünki hər biri xeyli sayda cinayətin işlənməsində yaxından iştirak ediblər. Onların törətdikləri hadisələrin tam araşdırıla bilməsi üçün istintaqa xeyli zaman lazımdır. Atılan addımlarsa, həm Azərbaycan qanunlarına, həm də beynəlxalq hüquq normalarına uyğun şəkildə aparılır".
Oxşar xəbərlər
Rusiya XİN: Qərb İran və Venesuelada etirazların təşkilində “Starlink”dən istifadə edib
21:39 09.10.2026
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyaların qüvvəyə minməsini 180 gün müddətinə təxirə saldı
19:34 09.10.2026
Xəbər lenti
Hamısına bax
Süni intellektlə bağlı böyük fəlakət: 6 aya...
01:26 10.10.2026
Texnologiya
Tramp Keti Zakariyanın Ağ Evin yeni mətbuat katibi təyin etdi
01:04 10.10.2026
Gündəm
Kreml Putinin Trampla söhbətindən sonra bəyanat yayıb
00:45 10.10.2026
Gündəm
Tramp və Putin arasında telefon danışığı olub
23:57 09.10.2026
Son dəqiqə
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşdü
23:35 09.10.2026
Gündəm
"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
22:36 09.10.2026
Futbol
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət