"Vikipediya"nın digər dil bölmələrində fəallığı artırmalıyıq” - Ermənilər boş dayanmırlar!
Yusif Nəzərli
14:50 11.02.2022
Aktual
1116
"Vikipediya" dünyanın ilkin məlumat mənbəyi kimi istifadə etdiyi internet şəbəkəsidir. 2001-ci ildə yaradılmış azad onlayn ensiklopediyadır. Hər bir internet istifadəçisi Vikipediyaya məlumat yerləşdirə bilər. Lakin Azərbaycanla bağlı məlumatlarda əksikliklər, informasiya azlığı nəzərə çarpır.
İkinci Qarabağ müharibəsi ərəfəsində, əvvəl və sonra da erməni qüvvələri "Vikipediya"da fəallıq göstəriblər. Azərbaycana münasibətdə qərəzli yanaşma bəsləyirlər. Ermənilərin daim özününküləşdirməyə çalışdıqları Qarabağın işğaldan azad edilməsi onun tarixinin yenidən öyrənilməsi zərurətini artırır. Mütəxəssislər deyirlər ki, buradan bəzən siyasi məqsədlər üçün də istifadə olunur.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən diaspor üzrə araşdırmaçı-ekspert, “Vikipediya” üzrə mütəxəssis Elnur Eltürk bildirib ki, “Vikipediya”da dövlət dəstəyi anlayışı yoxdur:
"Dövlətin onu dəstəkləməsi məsələsi Vikipedia Fondu tərəfindən də başqa məna yaradır. Bu məsələdə ehtiyatlı davranmaq lazımdır. Müəyyən stimullaşdırıcı addımların atılması labüddür. Xüsusilə, akademik və elmi dairələrlə əməkdaşlıq edərək, "Vikipediya"nın inkişafına nail olmaq mümkündür. Ali təhsil ocaqlarının prosesə qoşulması işi daha da irəli aparır. Ölkənin intellektual kəsiminin prosesə dəstək verməsi istədiyimiz kimi nəticənlənə bilər. “Vikipediya” bilik, elm və düşüncə platformasıdır.
Bu gün sözügedən istiqamətdə yetərincə qruplar fəaliyyət göstərir. Mərkəzi Elmi Kitabxanada könüllü “viki” qrupun, Azərbaycan Vikipediya İcması, “Qorqud” Vikipediya Metodik Klubunun könüllü və ekspertləri ölkədə "Vikipediya"nın zənginləşdirilməsində böyük rol oynayır".
Ekspertin sözlərinə görə, erməni istifadəçilər də boş dayanmırlar:
"Onlar fəaliyyətlərini gücləndirməyə çalışırlar. Bu gün biz fəaliyyətimizi hansısa dil bölməsi ilə müqayisə etməməliyik. Çalışıb keyfiyyətli, məzmunlu və akademik məqalələrin yaradılmasına müvəffəq olmalıyıq. Azərbaycan dil bölməsi kifayət qədər inkişaf etməkdədir. Müxtəlif mövzular ətrafında məqalələr yaradılır.
Biz nəinki, Azərbaycan dil bölməsində, çalışıb "Vikipediya"nın digər dil bölmələrində fəallığı artırmalıyıq. Elmi, akademik mövqeyimizi müdafiə edən mənbələrlə işləməliyik.
Dünyanın nüfuzlu jurnallarında Azərbaycana aid məqalələrin çap olunmasını əldə etməliyik. Həmin mənbələr könüllülərin müzakirələrdə mövqelərinin güclənməsinə təkan verəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət
Biləcəridə hotelin fəaliyyəti dayandırıldı
09:55 30.10.2026
Hadisə
Azərbaycan nefti 122 dollardan yuxarı ticarət olunub
09:41 30.10.2026
İqtisadiyyat
Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb
09:31 30.10.2026
Gündəm
Bitkoinin qiyməti 79 min dollardan aşağı düşüb
09:19 30.10.2026
İqtisadiyyat
"Milan" və "İnter"in yeni stadionunun adı müəyyənləşdi
08:48 30.10.2026
Futbol
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
07:50 30.10.2026
Sağlamlıq