Xidmət rəisi: "Kürün aşağı axınında müsbət dəyişiklik müşahidə edilir"
10:26 22.03.2022
Aktual
492
"Mart ayının ikinci ongünlüyündə ölkə ərazisində hava şəraiti yağıntılı keçib. Düşən yağıntının miqdarı bəzi rayonlarda aylıq normadan çox olub".
Bunu APA-ya Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
U. Tağıyeva deyib ki, yağan yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayına tökülən çaylarda sululuq artıb. Nəticədə Kür çayının aşağı axınında suyun səviyyəsi mart ayının əvvəlində müşahidə olunan minimum səviyyələrdən xeyli yüksək olaraq Yevlax məntəqəsində 22 sm, Zərdabda 90 sm, Surrada 120 sm, Şirvanda 112 sm, Salyanda 147 sm, Bankədə 33 sm, Araz çayının Novruzlu məntəqəsində isə 57 sm çox olub.
Xidmət rəsmisi bildirib ki, eyni zamanda, çayda suyun həcmi orta hesabla 3,5 dəfə artıb:
"Kür çayının aşağı axınında suyun həcminin xeyli artması nəticəsində çayda duzluluq azalaraq norma daxilində olub. Belə ki, martın 22-də növbəti monitorinq zamanı çaydan götürülən su nümunələrinin analizi göstərib ki, çayda duzluluq Ərəbqardaşbəyli, Surra, Qədimkənd, Xıllıda- 0.6 q/l, Mayakda isə 0.9q/l təşkil edib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
16:37 04.09.2026
İnfrastruktur
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm