XİN rəhbəri Brüsseldə beynəlxalq konfransda qaçqın və məcburi köçkünlərdən danışdı
19:17 17.02.2020
Aktual
403
Bu ilin 17 fevral tarixində Avropa İttifaqı Komissiyasının Prezidenti Ursula Von Der Leyenin dəvəti əsasında Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun rəbərlik etdiyi nümayəndə heyəti Brüsseldə keçirilən Albaniya üçün Beynəlxalq Donorlar Konfransında iştirak edib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, konfransda Avropa İttifaqının Komissiyasının Prezidenti, Albaniya Baş naziri və Avropa İttifaqı Şurasının Prezidenti açılış nitqi ilə çıxış edib, eləcə də bir çox dövlətlərin və beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndə heyətləri bəyanatlarını səsləndiriblrə.
Konfransda çıxış edən nazir Elmar Məmmədyarov qeyd edib ki, Albaniya Azərbaycanın çox mühüm tərəfdaşıdır və bunun ən bariz nümunəsi Xəzər dənizi bölgəsini, xüsusilə də Azərbaycanı Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya ilə əlaqələndirən və İtaliyada başa çatan strateji Cənubi Qaz Dəhlizinin təşviq edilməsi üçün Albaniya Baş naziri Edi Ramanın Bakıya çoxsaylı səfərləri və bu səfərlər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirilmiş görüşləridir.
Nazir Elmar Məmmədyarov Albaniyada faciəvi zəlzələ baş verən zaman Azərbaycanın Albaniyaya humanitar yardım göstərən ilk ölkələr sırasında olduğunu və ölkəmizin Albaniyaya yarım milyon avro məbləğində yardım göstərdiyini qeyd edib. O, Albaniya hökumətinə və xalqına daha yarım milyon avro məbləğində yardımın göstəriləcəyi vədini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Nazir, Azərbaycanın müasir tarixində ehtiyacı olan xalqla həmrəy olmasının çox normal bir hal olduğunu bildirib və müstəqilliyinin bərpa edilməsinin ilk günlərindən etibarən xalqımızın üzləşdiyi qonşu dövlətin təcavüzkar siyasəti və hərbi münaqişə nəticəsində 1 milyondan çox insanımızın qaçqın və məcburi köçkünə çevrilməsi ilə çox əziyyət çəkdiyinə diqqəti cəlb edib.
Bu gün isə Azərbaycanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsinin iştirakçısı olduğu və ölkəmiz tərəfindən dünyanın 100-dən çox ölkəsinə humanitar və inkişafa yardım göstərildiyi nazir Elmar Məmmədyarov tərəfindən qeyd olunub və bu yardımın gələcəkdə də davam etdiriləcəyindən əminlik ifadə edilib.
Qeyd etmək istərdik ki, Azərbaycan keçmiş sovet məkanındakı ölkələr arasında Albaniyanı çətin vəziyyətində dəstəkləyən yeganə ölkə olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət