“Xocasən” stansiyası paytaxtda sıxlığı aradan qaldıracaqmı?
09:45 27.12.2022
Aktual
459
Ekspert hesab edir ki, tıxac problemini həll etmək üçün sürətli icra oluna biləcək layihələrə üstünlük vermək lazımdır
Bakı Metropoliteninin “Xocasən” stansiyasının və “Xocəsən” elektrik deposunun açılışı olub. “Xocasən” stansiyası bənövşəyi xətt üzərində yerləşən dördüncü stansiyadır. Kompleksin ümumi sahəsi 4200 kvadratmetr, stansiya platformasının uzunluğu 144 metrdir. Metronun yeni stansiyasının istifadəyə verilməsinin tıxac problemini həll etməyəcəyini düşünənlər, tıxacın aradan qaldırılacağına ümid edənlərdən çoxdur.
Əsas da budur ki, yeni stansiya paytaxtın mərkəzi deyil, kənar hissəsindədir. Həm də metronun daha az sərnişin daşınan “Bənövşəyi xətt”i üzərindədir.
Yeni metrostansiyanın açılmasını dəyərləndirən nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev "Trend.az"a açıqlamasında bildirib ki, "Xocasən" metro stansiyasının fəaliyyətə başlaması paytaxtda sıxlığın aradan qaldırılması üçün müsbət addımdır. Onun sözlərinə görə, stansiyanın potensialı böyükdür, amma daha funksional olması üçün bəzi dəyişikliklərə ehtiyac var. "Bəzi dəyişikliklər etmək lazımdır ki, stansiyadan daha çox insan istifadə edə bilsin. "Xocasən" metro stansiyasının yaxınlığında dəmiryol stansiyası var. Onunla multimodal daşınmanın təşkili barəsində düşünmək olar. Sumqayıt, Xırdalan, Xocasən, Lökbatan, Sahil və Ələt dəmiryolu "Xocasən" stansiyası ilə əlaqələndirilsə, bu, daha uzaq məsafələrdən metroya əlaqəni təmin etmiş olar. Həmçinin yaxınlıqdakı "Sədərək" ticarət mərkəzi ilə stansiyanı marşrut şəbəkəsi ilə əlaqələndirmək olar. Bütün bunlar "Xocasən" stansiyasından istifadə edənlərin sayına və şəhərlə əlaqəsinə birbaşa təsir edə bilər", - R.Ağamirzəyev bildirib. Ekspertin sözlərinə görə, qeyd olunan işlər görülərsə, nəqliyyatın bugünkü vəziyyətinə ciddi təsir edəcək: "Burada əsas nəzərdə tutulan məqamlar xətlərin ayrılmasıdır. Belə ki, yaşıl xətt üçün "Dərnəgül" elektrik deposunun inşasının tamamlanması, "Xətai" stansiyasından sonra iki stansiyanın (Y 14 və Y15) tikintisi, 4.6 km uzunluğunda Dərnəgül-Koroğlu xəttinin tikintisi və 3 stansiya, Y15- Həzi Aslanov xəttinin və iki yeni stansiyanın tikintisi, 28 May/ C. Cabbarlı stansiyalarında qırmızı və yaşıl xətlərin ayrılmasıdır. Bundan başqa bənövşəyi xəttin şəhərin mərkəzinə çatdırılması mütləqdir. Hazırkı vaxtda bənövşəyi xətt "8 Noyabr" stansiyasında tamamlanır. Layihə üzrə "Xətai" stansiyasında əlaqələndirmə təmin edilərsə, trafikə təsir göstərəcək".
Nəqliyyat məsələləri üzrə mütəxəssis Eldəniz Cəfərov da Sherg.az-a açıqlamasında metrostansiyaların sayının artmasının müsbət hal olduğunu dedi:
- “Xocasən” stansiyası əhalinin sıx məskunlaşdığı ərazidə olmasa da, bu stansiya ərazidə və ətrafdakı sənaye müəssisələrində çalışanlar üçün əlverişli olacaq. Həm rahat gediş-gəliş baxımından, həm də vaxta qənaət baxımından. Doğrudur, metrostansiyanın çevrəsində sıx məskunlaşma yoxdur, amma ətraf ərazilərdə əhali yaşayır. Bu stansiyanın istifadəyə verilməsi mərkəzi stansiyalarda sıxlığı aradan qaldırmayacaq, lakin digər yeni stansiyaların tikintisi üçün mərkəz rolunu oynayacaq və ətraf ərazilərdə yeni stansiyaların tikintisinə şərait yaradacaq.
E.Cəfərov qeyd etdi ki, yollarda və ictimai nəqliyyatda sıxlığı aradan qaldırmaq, tıxac problemini həll etmək üçün sürətli icra oluna biləcək layihələrə üstünlük vermək lazımdır:
- Məsələn, tramvay xətlərinin çəkilməsi. Lakin tramvay xətlərini “turistlər qarşısında dayanıb şəkil çəkdirsinlər” deyə yox, ictimai nəqliyyatda sıxlıq aradan qalxsın, alternativ nəqliyyat vasitələri olsun deyə çəkmək lazımdır. Elə etmək lazımdır ki, tramvaylar rentabelli olsun, əlverişli nəqliyyat növü kimi ondan istifadə edənlərin sayı da çox olsun. Tramvaylar Bakıətrafı qəsəbələri birləşdirmək üçün ən uyğun, əlverişli nəqliyyat vasitəsi ola bilər. Lakin yerüstü nəqliyyat vasitələrinin inkişafı metro tikintisini axsatmamalıdır. Bu işlər paralel aparılmalıdır, çünki metro tikintisi yeraltı infrastrukturun genişlənməsinə və yenilənməsinə də şərait yaradır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region
Lavrov: Qərb Rusiyaya müharibə elan edib
19:48 24.04.2026
Dünya
Qəhvə içib yatsanız nə olar? - ARAŞDIRMA
19:40 24.04.2026
Sağlamlıq
Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı
19:34 24.04.2026
Şou
Aİ səfiri Gürcüstan XİN-ə çağırılacaq
19:19 24.04.2026
Cənubi Qafqaz
Kosta: Aİ İrana qarşı sanksiyaların ləğvi perspektivini görmür
19:11 24.04.2026
Dünya
ABŞ müdafiə naziri: Hərbçilərimiz Nobel Sülh Mükafatını almalıdır
19:03 24.04.2026
Dünya
Netanyahu prostat xərçənginə görə əməliyyat olundu
18:56 24.04.2026
Dünya
Ukrayna AB-yə dərhal qoşula bilməz - Merz
18:33 24.04.2026
Dünya