Yalnızlığın qorxusu: Yanında bir adam var, ancaq ona inanır!
14:32 13.03.2022
Aktual
793
Rus jurnalist Mixail Ziqar keçən günlərdə bəzi detalları özündə ehtiva edən olduqca maraqlı bir yazı qələmə alıb. Sherg.az xarici media istinadən xəbər verir ki, daha əvvəl Rusiyanın müstəqil xəbər kanallarından birində rejissorluq edən və "Kremlinin bütün adamları: Vladimir Putin Sarayının İç üzü" adlı kitabın müəllifi olan Ziqar, "New York Times"də dərc olunan "Putin əlaqəsini necə İtirdi" başlıqlı yazısında bunları yazır:
"Vladimir Putinin Ukraynanı işğal qərarı sayəsində, Rusiya indi heç olmadığı qədər təcrid olmuş vəziyyətdədir. İqtisadiyyata sanksiyalar tətbiq olunur, beynəlxalq markalar ölkədən çəkilir. Xəbər mediası üzərində məhdudlaşdırmalar daha da artdı və geriyə yalnız dezinformasiya, milliyyətçilik və səhv məlumatlar axını qaldı. İnsanların bu ölkə ilə ünsiyyətləri gündən günə azalacaq. Qorxaram Rusiya hər keçən gün başçısına daha çox bənzəyə".
Zigar, Putinin pandemiyanın əvvəlindən etibarən davranışlarında dəyişiklər olduğunu ifadə edərək bunları qeyd edir:
"Keçmiş bir KQB agenti olan Putin, hər vaxt təmkinli bir insan idi. Prezidentin ətrafında olub bitənlər heç bir zaman şəffaf deyildi. Ancaq Putinin son iki ildəki davranışlarıyla əlaqədar eşitdiyim məqamlar çox narahatvericidir. Onun dəyişkən və xaotik halı, Rusiyanın Ukrayna üzərindəki hakimiyyətini yenidən bərpa etməyə həvəsləndirdi və ətrafındakı ideoloq və yaltaqların çoxalması ilə Avropanın İkinci Dünya müharibəsindən bu yana ən təhlükəli anını yaşamasının yolunu hazırladı."
Ziqarın qeydinə görə, Putin 2020-ci ilin yaz və yay aylarını Valdayda olan iqamətgahında karantində keçirib. (Moskva ilə St. Peterburqun orta nöqtəsində olan Valday əhəmiyyətli bir turizm mərkəzi olaraq bilinir.) Rusiya rəhbərliyindəki qaynaqlar Ziqara, karantin zamanı Putinin yanında ancaq Yuri Kovalçukun olduğunu söyləyib.
"Rossiya" Bankın ən böyük səhmdarı olan və Kremlin sözçüsü olaraq bilinən və bir çox media quruluşlarına nəzarəti əlində saxlayan Kovalçuk, 1990-cı illərdən bu yana Putinin ən yaxın yoldaşlarından və ən güvəndiyi məsləhətçilərindən biri olaraq tanınır. Ziqara danışan qaynaqlara görə, 2020-ci ildən etibarən Kovalçuk bu rolunu da artırara mövqeni Rusiyanın ikinci adamı olaraq möhkəmləndirdi. İndi o, Putinin ətrafında ən nüfuzlu adam kimi tanınır.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: Tramp İranı təslim olmağa məcbur etmək istəyir
20:00 29.04.2026
Region
Bayramov Uruqvayın XİN rəhbərinin müavini ilə görüşdü
19:45 29.04.2026
Siyasət
Bu halda İrana qarşı hərbi variant nəzərdən keçiriləcək...
18:46 29.04.2026
Dünya
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
18:38 29.04.2026
Gündəm
Naxçıvanda duz istehsalı bərpa olunub
18:30 29.04.2026
Ölkə
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol