Yaş həddinin 70-ə qaldırılması məşğulluğa da mənfi təsir göstərə bilər
14:43 01.06.2023
Aktual
484
Əmək Məcəlləsinə dəyişiklik və dövlət büdcəsilə maliyyələşən təşkilatlarda işləmənin son yaş həddi 65-dən 70-ə qaldırılması təklif edilir.
İqtisadçı-ekspert Əyyub Kərimli “Sherg.az”a açıqlamasında deyib ki, qanunvericilikdə yer alan müddəaya əsasən, dövlət qulluğunda çalışan şəxslərin əmək müqavilələrinin 1il-1 il olmaqla 5 dəfə artırılması nəzərdə tutulub. Bu isə hər hansı bir təşkilat əməkdaşlarının ümumi sayının 10 faizini ötməməlidir.
İqtisadçının sözlərinə görə, yaş həddinin 70-ə qaldırılması məşğulluğa mənfi təsir göstərə bilər: “Bu, gənc kadrların işlə təminatında ciddi problemlər yarada bilər. İstənilən bir təşkilatda çalışan yaşlı nəsil nümayəndələri təqaüdə çıxmalıdır ki, gənclər üçün vakansiya açılsın. Üstəlik də, bu gün ölkəmizdə pensiya yaşının azaldılması ilə bağlı ciddi tələb və təkliflər var. Həmçinin kadr potensialının yaşlanması dünyada gedən qlobal inkişaf tempinə və beynəlxalq təcrübəyə uyğun deyil”.
Millət vəkili Sabir Rüstəmxanlı da 65 yaşına çatmış müəllimlərlə müqavilələrin artırılması qaydasının əleyhinədir. Onun sözlərinə görə, 65 yaşına çatmış müəllimlərin müqavilələrinin 1 il-1 il artırılması subyektiv amilləri ortaya çıxarır: “Qanunda bu məsələ konkret əksini tapmalıdır. 65 və ya 75 yaşda iş fəaliyyəti bitməlidirsə, bitməlidir. Yoxsa, kimlərsə tanışlarının müqavilələrini artıra bilir. Biz bu halları çox müşahidə etmişik. Müəllimi alçaldan proseslərdən azad olmalıyıq. Müəllimin hörmətini aşağı salmaq olmaz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm
Moskvadan İrəvana sərt cavab: Bu, manipulyasiyadır
20:33 29.08.2026
Dünya
Yuxudan duran kimi su içmək təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ
20:23 29.08.2026
Sağlamlıq