Yeganə düşünməli olan ölkə Ermənistandır
Yusif Nəzərli
06:30 15.12.2022
Aktual
370
Beynəlxalq oyunçular da dəhlizin ən tezi 2024-cü ilə qədər açılmasında maraqlıdırlar
"Prezident İlham Əliyevin Türkmənbaşı şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla geniş tərkibdə görüşündə Zəngəzur dəhlizi layihəsi ilə bağlı mövqeyi maraq doğurur". Bu barədə siyasi şərhçi Aqşin Kərimov deyib. Ekspert bildirib ki, dövlət başçısı bütün işlərin 2024-cü ildə tamamlanacağını və nəticədə yeni nəqliyyat dəhlizi yaranacağını söyləyib. Qeyd olunub ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub: "Açılması gözlənilən dəhliz qlobal tədarük zəncirlərində yeni həlqə kimi strateji dəyərə sahibdir. Ona görə də dünyanın supergücləri də bu koridorun açılmasında maraqlıdırlar. Lakin bunun hansı beynəlxalq nəqliyyat marşrutlarına inteqrasiya ediləcəyindən irəli gələn çəkişmələr ortaq məxrəcləri tapmağı çətinləşdirir. Hərçənd ki, Azərbaycan iqtisadi layihələri həm Şərq-Qərb, həm də Şimal-Cənub qlobal ticarət marşrutları ilə inteqrasiya etdirə bilir. Bununla belə, Zəngəzur dəhlizi ilə bağlı ortaya çıxan tənliklərin həlli üçün maraqların birləşdiyi nöqtəni təmin edən platforma təsis etmək vacibdir. Azərbaycanla Türkiyə əsas diqqəti Rusiya, Qərb və Çin arasında balanslaşdırılmış düstur tapmağa yönləndiriblər.
Tənliklərdəki məchullardan biri həll olunmuş kimi təqdim olunur ki, bu da tarixlə əlaqədardır. Yəni beynəlxalq oyunçular da dəhlizin ən tezi 2024-cü ilə qədər açılmasında maraqlıdırlar. Azərbaycanla Türkiyə həm ikili strateji maraqlar, həm də beynəlxalq konyunkturdakı təkliflər səbəbi ilə nəhəng oyunçuların prioritetlərini Zəngəzur dəhlizinə cəmləməkdə oyun qurmaq qabiliyyətlərini nümayiş etdirirlər. ABŞ, Böyük Britaniya, Rusiya, Çin kimi oyunçuları eyni məkanda bir araya gətirmək və onların mövqelərini qarşılıqlı maraqlar əsasında uyğunlaşdırmaq öhdəliyini Azərbaycanla Türkiyə öz üzərlərinə götürüblər və prosesə Türk Dövlətləri Təşkilatı çərçivəsində dəstəkverici mexanizmlər cəlb olunub. TDT də beynəlxalq rəqabətdə yeni səhifələrin açılmasıdır, ancaq bu, rəqiblik prinsipləri iqtisadi özüllər üzərində inşa edilir deyə Azərbaycanın təhlükəsizliyinə təhdid yaratmayacaq.
Yeganə düşünməli olan ölkə Ermənistandır və strateji təxəyyülündəki tilsimləri qırıb Zəngəzur dəhlizinin sancısız reallaşması üçün öhdəliklərini yerinə yetirməlidir".
A.Kərimova görə, Ermənistanın dəhliz parametrləri üzrə praqmatik ideyalarla çıxış edəcəyi gözlənilən də deyil. Buna görə də Bakı-İrəvan xəttində hərbi-siyasi gərginlik davam edəcək:
"Azərbaycan beynəlxalq və regional oyunçuların Zəngəzur sevgisini özünün Ermənistanla sərhədlərin delimitasiyası kontekstində inkişaf etdirəcək. Qapalı danışıqlar masasında İrəvanın qarşısına qoyduğu tələblərin sərtlik dozasını artıracaq. Əgər Ermənistan öhdəliklərindən yayınsa və vaxt qazanmaq üçün təhlükəli oyunlara girişsə, Zəngəzur dəhlizinin reallaşması Ermənistanın suverenliyini hüquqi cəhətdən də sual altında qoyacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qarışqalar bu qoxuya nifrət edir: Bitkiləri xilas edən ədviyyat
05:25 25.04.2026
Maraqlı
Vinisiusa qarşı irqçilik edən futbolçuya ağır cəza verildi
04:00 25.04.2026
Futbol
Adriana Lima ilk dəfə qızları ilə
03:23 25.04.2026
Şou
Səhər yeməyini saat 11-ə qədər yeyin, ömrünüzü 20 il uzadın
02:35 25.04.2026
Sağlamlıq
Tramp: Ağ Ev Cənubi Qafqazda sabitliyə töhfə verir
01:36 25.04.2026
Cənubi Qafqaz
Tanınmış model indi çörək satır
01:10 25.04.2026
Şou
Hakan Fidan Hörmüz boğazı ilə bağlı iki ssenarini açıqlayıb
00:22 25.04.2026
Region
Qonşular arasında dava: Bıçaqlanan var
23:35 24.04.2026
Hadisə
Ağ Ev Uitkoff və Kuşnerin Pakistan səfərini təsdiqləyib
23:11 24.04.2026
Dünya
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya