"Yol xəritəsi” hazırdır: "Ordumuz Türkiyə modelinə keçir” – Sənədlər...
Banuçiçək Kalbalıyeva
15:51 08.04.2021
Aktual
1095
Azərbaycan və Türkiyənin müdafiə nazirləri - Zakir Həsənov və Hulusi Akar videoformatda görüş keçirib. Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Türkiyəli nazir iki ölkənin tarixi və mədəni baxımından bir-birinə bağlı olduğunu, keçmişdəki kimi, indi də bir-birinin yanında olduğunu bildirib.
Azərbaycan Ordusunun 44 günlük Qarabağ zəfərinə toxunan H.Akar "Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq, Qarabağın azad olunmasında da sadiq qalındığını, bunu bütün dünyanı gördüyünü bildirib: "Türkün yumruğu erməninin başına endirildi. 30 ildən bəri davam edən haqsızlıq, oradakı qardaşlarımızın sıxıntıları, çox şükür ki, sona çatdı. Buradakı qalibiyyət tarixə qızıl hərflərlə yazılacaq”.
O, qazanılmış qələbə münasibətilə Azərbaycanı bir daha təbrik edərək deyib ki, Azərbaycan Ordusunun dövrün tələblərinə uyğun yenidən qurulması, modernizasiya edilməsi və iki qardaş ölkənin silahlı qüvvələrinin gələcəkdə də birlikdə fəaliyyət göstərməsi üçün "Yol xəritəsi” hazırlanıb və reallaşdırılmasına başlanılıb.
Hərbi ekspert Ədalət Verdiyev “Sherg.az”a açıqlamasında H. Akarın sözügedən bəyanatı barədə danışdı:
“Bu, Azərbaycan ordusunun Türkiyə modelinə keçməsi proseslərini özündə əks etdirən sənəddir. Beləliklə, həm ştat strukturunda müəyyən dəyişikliklər olacaq, həm də silahlanmada bəzi texniki vasitələrin nomenklaturası həyata keçiriləcək.
Bu “Yol xəritəsi” ancaq iki dövlət arasındadır.
Lakin digər müttəfiq ölkələrlə də ikili əməkdaşlıq mümkündür. Məsələn, Azərbaycan kosmik sahədə ən böyük layihələri Pakistana təqdim edir”.
Ə.Verdiyev Türkiyə ilə hərbi tərəfdaşlığımızın ən pik həddə çatması qənaətindədir:
“Əlbəttə, bu, Ermənistanı narahat edir. Ümumiyyətlə, Cənubi Qafqazda qüvvələr nisbətinin rəsmi Bakının xeyrinə olması məlumdur. Ankara ilə əlaqələrimiz isə bizi daha da gücləndirir. Düzdür, Azərbaycanda Türkiyə hərbi bazasının yaradılması mümkündür.
Lakin bunu zəruri hesab etmirəm. Ən azından ona görə ki, sözügedən təşəbbüs üçün hələ xüsusi şərait yetişməyib. Baza olsa da, olmasa, Türkiyə bizim yanımızdadır.
Tərəflər arasında imzalanan müqavilələr də Türkiyənin lazımi anda Azərbaycana hərbi dəstək verəcəyini təsdiq edir. Yəni baza yalnız formal xarakter daşıya bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu həftədən ov mövsümü başlayır
13:15 07.10.2026
Hadisə
Ukrayna səfiri Azərbaycana təşəkkür edib
12:57 07.10.2026
Gündəm
Qara Qarayev metrostansuyasının qarşısında avtobuslar toqquşub
12:38 07.10.2026
Hadisə
Marta Kos: Ermənistan Avropa İttifaqına doğru irəliləyir
12:33 07.10.2026
Dünya
Rusiyada ciddi təhlükə: Tramp Putinə zəng edəcək
12:17 07.10.2026
Dünya
Türkiyə “Starlink”in analoqunu yaradır
11:57 07.10.2026
Texnologiya
Astarada avtomobil 70 metr dərəyə yuvarlandı, sürücü öldü - VİDEO
11:17 07.10.2026
Hadisə
Paşinyan açıqladı: Nəsimi Musayev hələlik Ermənistanda qalacaq
11:15 07.10.2026
Gündəm
Ronaldo üzr istədi: Bu, mənim səhvim idi
10:56 07.10.2026
Futbol
8 tacikistanlı Azərbaycanda təhsil alacaq
10:41 07.10.2026
Elm və Təhsil
Ekspertdən ADY-yə sərt suallar: “B planı niyə yoxdur?”
10:40 07.10.2026
İnfrastruktur
“Ənsarallah” Ədən Beynəlxalq Hava Limanını vurdu
10:23 07.10.2026
Dünya
Paşinyan Musayevin Bakıya təhvil veriləcəyini istisna etmir
10:16 07.10.2026
Aktual