Yüzminlər adından Prezidentə MÜRACİƏT
Yusif Nəzərli
12:12 19.12.2022
Aktual
767
“Tarixi ədaləti bərpa edəcəyinizə inanırıq”
Sosial şəbəkədə minlərlə vətəndaşı özündə birləşdirən Özəlləşdirmə Çekləri Qrupu adından Prezident İlham Əliyevə açıq müraciət ünvanlanıb. AYNA müraciətin mətnini təqdim edir:
Cənab Prezident!
Özəlləşdirmə çeklərini satmayan ailələr adından Sizdən çox xahiş edirik ki, tarixi ədaləti bərpa edəsiniz, Ulu Öndər Heydər Əliyevin qanunla xalqa vəd etdiyi miras əmlak payımıza atanızın 100 illik yubileyinə qədər sahib olmağımıza şərait yaradıb xalqı sevindirəsiniz.
Heç bir fərman Ulu Öndər Heydər Əliyevin imzaladığı Konstitusiya və qanunları poza bilməz!
Cənab Prezident!
Bilirsizmi, tarixi, siyası, hüquqi, sosial, iqtisadi və mənəvi əsasları olan özəlləşdirmə prosesi 12 ildir Konstitusiya və qanunlara ZİDD aparılır. Bununla Konstitusiya və qanunlar, “Quran” ayələri, haqq-ədalət prinsipi, atanızın və dövlətin tarixi ədalət siyasəti, beynəlxalq hüquq və insan haqları, Ulu Öndərin 1995-ci ildə Prezident Sarayındakı tarixi çıxışı zamanı xalq verdiyi miras əmlak payı vədi pozulub, xalqın dövlətinə inamı zərər görüb.
Çoxsaylı hüquqşünas alimlərin 2021-22-ci ildə özəlləşdirmə çekləri baradə apardıqları elmi-praktik araşdırmaların üzə cıxardığı HÜQUQİ SƏHVLƏR məmurlar tərəfindən Sizdən gizlədilir. Bu hüquqi səhvlər və faktlar gələcəkdə korrupsiyaya cinayəti kimi istifadə oluna və məsuliyyət yarada bilər. Mülki Məcəllədə (maddə 384.0.5.) dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktın etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri iddia müddətinin şamil edilmədiyi tələblərdəndir.
Cənab Prezident!
Yüzminlərlə vətəndaş bir suala cavab axtarır: Qanunla bu gün dövriyyədə olan, ancaq fərmanla tədavülü başa catmış özəlləşdirmə çeklərinin inflyasiyadan qorunan əmlak ekvivalentinin nominal qiyməti nə vaxt qoyularaq yenidən tədavülə qaytarılacaq?
Hörmətlə, özəlləşdirmə çeklərini ümidlə saxlayan, Ulu Öndərin 100 illik yubileyinə qədər Sizin tərəfinizdən tarixi ədalətin bərpa olunacağına inann yüzminlərlə ailəni təmsil edən Özəlləşdirmə Çekləri Qrupu
(Qeyd: mövzuya dair ətraflı məlumat BURADA)
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol
Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb
11:07 01.09.2026
Aktual
Ötən gecə Bakıya dolu düşüb, leysan olub - FAKTİKİ HAVA
10:41 01.09.2026
Ekologiya
Azərbaycan XİN Özbəkistanı Milli Günü münasibətilə təbrik etdi
10:39 01.09.2026
Gündəm