Zass göstərir! – “Rəsmi İrəvan KTMT- yə ciddi yanaşmır”
Yusif Nəzərli
12:10 20.12.2022
Aktual
440
“Laçın yolu ilə bağlı məsələnin həlli KTMT-nin məsuliyyət dairəsindən kənardır”.
Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Stanislav Zas Rusiya KİV-ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı Ermənistandan da heç bir müraciət daxil olmayıb:
“Ona görə də bu məsələnin KTMT-nin məsuliyyət dairəsinə daxil olmadığı mövqeyindən çıxış edirik”.
Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən faydalı yataqların qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 9 gündür davam edir.
Məsələni "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Turab Rzayev vurğulayıb ki, burada ikili yanaşma var:
"Birincisi hadisə ilə bağlı Ermənistan KTMT-yə müraciət etməyib. KTMT bunu xüsusi olaraq qabardır. İkincisi KTMT proseslərin onun məsuliyyət zonasında olmadığını bildirib. Çünki bu təşkilat ona üzv olan ölkələrin ərazi bütövlüyünü qorumağa məsuldur.
Ermənistanın KTMT üzvü olmağına rəğmən, təşkilatın sərhədləri keçmiş Dağlıq Qarabağ Muxtar vilayətini və Laçın dəhlizini əhatə etmir. Bu səbəblə də aksiyaların baş verdiyi ərazi KTMN-nin məsuliyyət zonasından kənardır. Digər tərəfdən “Ermənistan xüsusi olaraq müraciət etməyib” faktının vurğulanması diqqətəlayiqdir.
Düşünürəm ki, bununla Zass rəsmi İrəvanın KTMT- yə ciddi yanaşmadığını çatdırmaq istəyir. Bu isə Ermənistan hakimiyyətinin kursu ilə bağlıdır. Beləki, Paşinyan açıq şəkildə Kremldən uzaqlaşaraq, Qərbə tərəf yönəlir.
Bu məsələdə məcburi şəkildə Rusiyanın şərtlərinin yerinə yetirsə də, onun qurduğu ittifaqlardan uzaqlaşmağa çalışır. Sırf münaqişə dövrlərində isə məsuliyyəti bu qurumlara atmaqla onların Ermənistana faydasızlığını göstərir. Buna sübut kimi Vətən müharibəsində rəsmi İrəvanın açıq şəkildə KTMT- ni məsuliyyətə çağırdığı və daha sonra erməni cəmiyyətinə "Rusiya bizi satdı" deməsini göstərmək olar. Son toplantıda Paşinyanın sənəd imzalamaması da bununla əlaqədar idi.
Bu mövqe isə Rusiya rəhbərliyinə yaxşı məlumdur. Ümumiyyətlə, Zass bu açıqlama ilə məsuliyyətin müraciət etməyən Paşinyan hakimiyyətində olduğunu göstərməyə çalışır. Paşinyan isə buna açıq şəkildə “Biz KTMT-dən heç bir real nəticə görməmişik, ona görə də bu təşkilata müraciəti əhəmiyyətsiz hesab edirik” cavabını verə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya