
Zaxarovanın bəyanatının tərcüməsi:“Rusiya prosesə müdaxilə etməyə çalışır”
Yusif Nəzərli
12:55 07.10.2022
Aktual
703
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova oktyabrın 6-da brifinq keçirib. O, brifində rəsmi Moskvanın sülh müqaviləsi ilə bağlı hərtərəfli təklifləri Azərbaycan və Ermənistana təhvil verdiyini bəya edib. Eyni zamanda Rusiyanın tərəflər arasında münasibətlərin normallaşmasına, sülh müqaviləsinin hazırlanmasına hərtərəfli yardım etdiyini diqqətə çatdırıb: “ XİN-in xüsusi nümayəndəsi İqor Xovayev bu mövzuda məsləhətləşmələr aparmaq üçün bölgəyə bir sıra səfərlər edib. Xüsusilə sentyabrda belə səfərlər olub”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev M.Zaxarovanın açıqlaması ilə bağlı “Sherg.az”a danışarkən bildirib ki, indi rəsmi Moskva bölgədən çəkilmək məcburiyyətində olduğundan belə danışır:
“Görür ki, Ermənistan və Azərbaycan aralarında münasibətləri qaydaya salır və Avropa İttifaqı, o cümlədən digər ölkələr də bu məsələdə səylərini ortaya qoyublar. Rusiya daim münaqişələrin olmasında maraqlıdır. O , daha öncələrdə də süni şəkildə postsovet məkanında münaqişələr yaradıb və bunun vasitəsilə ilə həmin bölgələrdə qalmağa çalışıb. Təəssüflər olsun ki, Rusiya rəhbərliyi hadisələrə yeni yanaşma ilə baxmır. Dünya dəyişir. İndi böyük dövlətlər daha çox öz iqtisadiyyatı ilə bir bölgəni tutub orda qalırlar. Amma rəsmi Moskvanın təfəkküründə heç cür dəyişiklik olmur. Bu günə qədər Azərbaycan-Ermənistan arasında dəfələrlə görüşlər olub. Hətta tərəflərin xarici işlər nazirləri görüşəndə Ruisyanın XİN başçısı zorla ortaya girib şəkil də çəkdirib.
Bununla nə demək istədiyi aydın sezilir. Bir sıra məqamlarda Rusiya özünü lap dörd təkərli arabanın beşinci təkəri kimi aparır. İki ölkə arasında olan məsələlərə digərlərin qarışması düzgün deyil. Onların hansısa təklif verməsi, müdaxilə etməsi də artıqdır. Amma biz yenə də böyük oyunçuların bu məsələdə kənarda qalmaq istəməməsini anlayışla qarşılayırıq. Onlar da bundan istifadə edib heç cür aradan çəkilmək istəmirlər”.
F.Quliyevin sözlərinə görə, Rusiya Azərbaycanın əvvəl axır öz qarşısına qoyduğu strateji yol xəritəsi ilə hərəkət edəcəyini, yekun sülhün bağlanmasına da nail olacağını bilir. Buna görə də özünün varlığını hər dəfə xatırladır ki, güya bunun da "şorbada duzu olub":
“Məncə, hətta imkanı olsa, o, bizə mane olar. Bu imkan olmadığı üçün də öz imicini qorumaq üçün prosesə müdaxilə etməyə çalışır. Əgər bizə mane olmayacaqlarsa, biz də hər dəfəsində rəsmi Moskvanın bu cür quru bəyanatlarını göz ardı edib, sülhə doğru gedən yolda öz işlərimizi görə bilərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil
Mal əti bahalaşdı
11:05 02.09.2026
İqtisadiyyat
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
11:02 02.09.2026
Hadisə
Boşanma qaydaları dəyişir: 3 mühüm yenilik hazırlanır
10:40 02.09.2026
Cəmiyyət
SON DƏQİQƏ: İran ABŞ-nin hərbi bazalarını vurdu - 4 ölkə hədəfdə
10:01 02.09.2026
Gündəm