Zelenski Trampdan "Patriot" raketləri ilə bağlı xahişinə cavab almayıb

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampdan Ukraynaya "Patriot" hava hücumundan müdafiə raketlərinin verilməsinə dair xahişinə konkret cavab almayıb.

Teleqraf xəbər verir ki, Zelenski mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib: "Patriot" raketləri ilə bağlı xahişimə konkret cavab almamışam. Bizdə çatışmazlıq var".

Zelenskinin sözlərinə görə, o, hava hücumundan müdafiə raketlərinin əldə edilməsi üçün müxtəlif variantları nəzərdən keçirməyə hazırdır.

8 sentyabrda Aİ ölkələri Ukraynanın Aİ-nin 90 milyard avroluq maliyyələşdirmə proqramından əldə etdiyi vəsaitlərdən istifadə edərək "Patriot" raketləri almasına icazə verən istisnanı təsdiqlədi. Kiyev əvvəllər Avropa Komissiyasından Amerika raketləri almaq üçün rəsmi olaraq icazə istəmişdi, çünki proqram Avropa hərbi şirkətlərindən silah alışına üstünlük verir.