Zəngəzur dəhlizi ABŞ-a da lazımdır
Turan
00:07 04.06.2021
Aktual
887
Məlum olduğu kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-14-də Brüsseldə NATO sammitində iştirak edəcək və ABŞ Prezidenti Co Baydenlə görüşəcək. Liderlər arasında baş tutacaq görüşlə bağlı müxtəlif şərhlər verilir. Gözlənilən görüşlə bağlı Ərdoğan da açıqlama verib. Vurğulayıb ki, Baydenlə görüş zamanı ondan Türkiyə-ABŞ münasibətlərinin niyə gərgin olduğunu soruşacaq:
“Sizdən əvvəlki demokratlarla - Buş və Obama ilə işlədik. Amma onlarla belə bir gərginlik yaşamadıq. Ardından respublikaçı Trampla işlədik. Onunla da heç bir gərginlik qeydə alınmadı. Əksinə, çox rahat idik. Cənab Baydenlə, təəssüf ki, görüş trafikimiz rahat olmadı. İndi NATO Zirvəsində bir araya gələcəyik. Bunları müzakirə edəcəyik”.
Baydenlə Ərdoğan arasında görüş ABŞ-Türkiyə arasında prezident seçkilərindən sonra ən yüksək səviyyədə ilk görüş olacaq. Ümumiyyətlə, son dövrlərdə iki ölkə arasındakı münasibətlər getdikcə daha çox problemli şəkil almaqdadır. Baydenin həm seçkiyə qədərki dövrdə, həm də prezident seçildikdən sonra Türkiyəyə qarşı neqativ münasibəti bu görüşün önəmli olduğunu göstərir. Çünki Bayden özü də seçkidən əvvəl Ərdoğanın hakimiyyətdən getməsi üçün çalışacağını açıq şəkildə bəyan etmişdi. Türkiyə və Amerika arasında müxtəlif regional məsələlərdə əməkdaşlıq, ortaq maraqlar və ziddiyyətlər mövcuddur. Bunlar Suriya, Fələstin, İran, Avrasiyanın gələcəyi, enerji məsələləri və Cənubi Qafqazla bağlıdır. ABŞ və Türkiyənin Cənubi Qafqazdakı maraqları nisbətən üst-üstə düşür. Çünki Amerikanın Cənubi Qafqazda həm Rusiyanın, həm də İranın təsir imkanlarını məhdudlaşdırma, burdakı enerji maraqlarını və ya təhlükəsizlik, hərbi, iqtisadi və siyasi maraqlarını gücləndirmə düşüncəsi var. Cənubi Qafqazda beynəlxalq və regional aktorlardan Türkiyə NATO-da uzunmüddətli müttəfiq olaraq Amerikaya daha uyğun tərəfdaşdır.
Politoloq Asif Nərimanlı “Şərq”ə vurğulayıb ki, Co Bayden Ərdoğanla görüşdə Türkiyəni ABŞ-ın orbitinə qaytarmağa çalışacaq. Analitik vurğulayıb ki, sələflərindən fərqli olaraq, Baydenin Türkiyə ilə münasibətlərdə Ərdoğanın təbirincə desək, rahat olmaması da bundan qaynaqlanır:
“ABŞ prezidentinin Ərdoğandan istəkləri var. Birincisi, Cənubi Qafqazda müharibədən sonra açılan kommunikasiyalarda birgə iştirak etmək, xüsusilə Zəngəzur dəhlizindən. ABŞ bu dəhlizdən Mərkəzi Asiyaya çıxış və Çinlə mübarizədə istifadə etmək istəyir. Əslində liderlərin müzakirə edəcəkləri əsas mövzulardan biri məhz Cənubi Qafqaz olacaq. Çünki Pekin artıq bu bölgəyə qədər gəlib və ABŞ-ın istəmədiyi, mübarizə apardığı “Bir kəmər, bir yol” layihəsinin taleyi də burada müzakirə olunur. Türkiyə bu prosesin əsas tərəflərindəndir və Bayden Ərdoğandan bu prosesdə ABŞ cəbhəsində yer almasını istəyəcək. İkincisi, Rusiya ilə yaxınlaşmanın NATO üzvlüyünə zidd olduğunu, buna görə, Moskva ilə uzaqlaşmasını istəyə bilər. Bura “S-400” və digər məsələlər də daxildir. Ərdoğandan Moskvadan uzaqlaşmağı istəyən Bayden Putinlə anlaşmağa çalışacaq. Nəzərə alsaq ki, Putin-Bayden görüşünün təşəbbüsü Vaşinqton gəlib. Bu, ABŞ-ın yeni dünya nizamında Çinə qarşı Rusiya ilə anlaşmaq istəyindən xəbər verir. ABŞ Türkiyəni NATO üzvü olmasına baxmayaraq, Çinə daha yaxın tərəf kimi görür, nəinki Rusiyanı”.
Siyasi şərhçi bəyan edib ki, PKK-nın Suriya qanadı olan PYD məsələsinin müzakirə ediləcəyi gözləniləndir: “
ABŞ bu terrorçuları bölgədə tərəfdaş hesab edir və Türkiyəyə qarşı istifadə etməyə davam edəcək. Obama dövründə gündəmə gələn “kürd dəhlizi” layihəsi yenidən aktuallaşa bilər. Ərdoğanın iştirakı ilə dünən Türkiyə Milli Təhlükəsizlik Şurasının keçirilməsi və terrora qarşı mübarizənin davam etdirilməsi qərarının verilməsi bu kontekstdə təsadüfi deyildi. Proseslər göstərir ki, Türkiyə ilə ABŞ arasında həll edilməsi qəliz olan məsələlər var. Baydenlə Ərdoğanın görüşünün bu problemləri həll edəcəyi inandırıcı deyil. Çünki dünyada yeni geosiyasi dəyişikliklər gedir və bu dəyişiklikdə Türkiyə ABŞ-ın cəbhəsində yer almır. Bayden Administrasiyası da Türkiyədə Ərdoğan hökuməti ilə işləmək istəmir. Baydenin özü prezident seçkilərindən öncə Ərdoğanı devirmək istədiklərinə açıq işarə vurmuşdu. Hazırda Türkiyə daxilində AKP hökumətinə qarşı baş verənlər də bu prosesin davamıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ narkotik kartellərinə zərbələri davam etdirmək niyyətindədir
05:36 21.06.2026
Dünya
4 yaşlı oğlunu qucağına alıb 8-ci mərtəbədən atladı
04:23 21.06.2026
Hadisə
Futbolçu meydanda oyun zamanı öldü - FOTO
03:27 21.06.2026
Hadisə
Azərbaycanda ilk dəfə Beynəlxalq Tanqo Festivalı keçirilib
01:44 21.06.2026
Mədəniyyət
Şahbaz Şərif ABŞ-İran danışıqları üçün İsveçrəyə səfər edib
01:05 21.06.2026
Gündəm
Şotlandiyada baltalı şəxs hücum etdi: yaralılar var
00:31 21.06.2026
Dünya
Polşa Prezidenti: Zelenski bizim "qırmızı xəttimiz"i keçib
23:40 20.06.2026
Dünya
DÇ-26: Niderland İsveçi darmadağın etdi
23:21 20.06.2026
Futbol
Gəncədə 67 yaşlı qadının meyiti tapıldı
22:32 20.06.2026
Hadisə
Ağstafaya dolu düşdü
22:21 20.06.2026
Ekologiya
Müharibə əsla dayanmayacaq, İsrail bu razılaşmanı pozacaq - ŞƏRH
21:56 20.06.2026
Gündəm
"Qarabağ"ın oyununda yeddi qol vuruldu
20:57 20.06.2026
Futbol
AYB-nin Mingəçevir bölməsinin sədri vəfat edib
20:46 20.06.2026
Ədəbiyyat
Urmiya gölündə son vəziyyət: 18 dəfə artım...
20:27 20.06.2026
Region
Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayır
20:14 20.06.2026
Cəmiyyət