1 dəqiqənin içində nə olacaq?





Dünyada 60 saniyə içində nələr yaşanır, heç maraqlandınızmı? Baxın, siz bu başlıqları  oxuyarkən dünyada reallaşacaq 20 hadisədən xəbər tutacaqsız.

1 dəqiqə içində...

Beş zəlzələ olacaq.

Dünyaya 360 ildırım düşəcək.

250 körpə dünyaya gələcək.

Bunlardan 113-ü yoxsulluq içində doğulacaq.

55 min vedrə neft istehlak ediləcək.

Günəş kosmos boşluğuna 60 milyon ton maddə saçacaq.

Niaqara şəlaləsindən 31.600 ton su axacaq.

Dünya səthindən 960 milyon ton su buxarlanacaq.

Bir quş 4.000 dəfə qanad vuracaq.

Bədəninizdəki hər bir hüceyrənin içərisində 6 milyon kimyəvi reaksiya yaranacaq.

Ortalama 12 dəfə göz qırpacaqsız.

Bir tənbəl heyvan ortalama 3.5 metr yol qət edəcək.

Bill Geyts 15 min dollar qazanacaq.

Buna qarşı normal bir vətəndaş 3 qəpik daha zənginləşəcək.

Meşələrdə 2.040 ağac da kəsiləcək ABŞ-ınn milli borcu 3 milyon dollar daha artacaq.

1.800 ulduz partlayacaq.

107 insan öləcək.

107 ölümün 18-i aclıqdan reallaşacaq. McDonaldsda 4.500 hamburger istehlak ediləcək.