10 il uşağı olmayanlara dövlət pulsuz süni mayalanma təklif edəcək
20:07 30.04.2014
Arxiv
1333
"Bu gün nikaha girənlərin 9-11%-nin uşağı olmur. Yəni təxminən 9 min nəfər övladsız qalır. 10 il uşağı olmayanlara dövlət pulsuz süni mayalanma təklif edəcək”.
Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib. Millət vəkili bildirib ki, 10 ildən çox uşağı olmayan ailələrə dövlət vəsaiti hesabına süni mayalanma əməliyyatı tətbiq olunacaq: "Sözü gedən əməliyyat çox bahalıdır. İmkansız, kasıb ailələr buna gedə bilmirlər. Düşünürük ki, belə bir dəstək olsun. Qanunda 10 ildən çox uşağı olmayan ailələrə süni mayalanmasının edilməsi nəzərdə tutulur. Bu müdaxilələr olarsa, övladı olmayan 11% -i aşağı endirə bilərik. Qanunda həmçinin aborta getməmək kimi məsələlər var. Qadınlara elə dərmanlar verilməlidir ki, arzuolunmaz hamiləliyin qarşısı alınsın”. Hadi Rəcəbli onu da qeyd edib ki, qanunda süni mayalanma zamanı donorların yalnız azərbaycanlı olması ilə bağlı məsələ olmasa da, bununla bağlı hələlik heç bir nəticəyə gəlinməyib.
Dini nöqteyi-nəzərdən qanunda süni mayalanmanın tətbiq olunması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin də mövqeyinin müsbət olduğunu deyən deputatın sözlərinə görə, qanunda bütün bunlar nəzərə alınıb: "Süni mayalanma zamanı kənar şəxsin yalnız bir dəfə donor olmasına icazə veriləcək. Təbii ki, bunun da səbəbləri var. Gələcəkdə bir nəfərin bir neçə dəfə donor olması bacı-qardaş nikahlarına səbəb ola bilər. Şeyx də qanunda bir nəfərin bir neçə dəfə donor olmasına etiraz etdiyindən biz qanunda bu kimi problemləri nəzərə aldıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sağlam ailə modeli” layihəsi çərçivəsində seminar keçirilib
00:25 13.06.2026
Ölkə
Acun Ilıcalı Rəcəb Tayyib Ərdoğana hədiyyə verdi
22:56 12.06.2026
Region
İran hakerləri DÇ-2026-nı hədəfə ald
21:28 12.06.2026
Dünya
Yurgen Klopp DÇ-2026-nın açılış matçını sərt tənqid etdi
21:14 12.06.2026
Futbol
Rubio: ABŞ Moskva ilə konstruktiv əlaqələrdə maraqlıdır
20:53 12.06.2026
Dünya
Fuat Oktay Azərbaycan Prezidentini təbrik edib
20:45 12.06.2026
Rəsmi
Əraqçi yazdı,Tramp sosial mediada paylaşdı
20:38 12.06.2026
Gündəm
Ağdamda şəhid ailələri və müharibə iştirakçıları ilə görüş keçirilib
20:16 12.06.2026
Ölkə
CHP-də iki bələdiyyə sədrinin partiyadan xaric edilməsi istənilib
20:14 12.06.2026
Gündəm
Rusiyada boşanma zamanı “uşaq bölgüsü” razılaşmaları genişlənir
20:08 12.06.2026
Cəmiyyət