Yasamal qəbristanlığı yanır (FOTO)

Yanğın ərazisinə 3 yanğınsöndürən avtomobil cəlb edilib



Yasamal qəbristanlığında yanğın başlayıb. Yanğın günorta saatlarında başlayıb və hələ də davam edir.
ANS PRESS-in verdiyi məlumata görə yanğın baş verən əraziyə Fövqaladə Hallar Nazirliyinin həm Yasamal, həm də Səbael bölməsindən yanğınsönsürən avtomobillər və çoxsayda canlı qüvvəsi cəlb olunub.
Hadisənin nə səbəbdən baş verdiyi dəqiq bəlli deyil. İlkin ehtimal kimi quru otların qəsdən yandırılması yaxud da qəbristanlığa gələn şəxslərdən birinin sönməmiş siqareti əraziyə atması olduğu istisna edilmir.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.
İlkin məlumata görə, alov iki hektrdan çox əraziyə ziyan vurub.