Gözünün içindən 20 bit çıxdı





"Daily Mail"in xəbərinə görə soyadı Zhang olan Çinli bir qadın infeksiya olduğunu düşünürdü.
Göz qaşımasından şikayəti olan qadının oğulu göz qapağının altında hərəkət edən bir  şeylər görüncə dərhal  sağlamlıq mərkəzinə üz tutdular.
Haida xəstəxanasındakı tibb bacıları və həkimlər göz qapağının altındakıları görüncə şok oldu.
Qadının gözündə 20-yə qədər bitin yaşadığı məlum oldu.
 Gözdə bit yaşamasının səbəbi olaraq heyvanlarla yaxın təmas və taxma kirpiklər göstərilir.
Həkimlər bitləri əvvəl başqa bir parazit zənn etdiklərini, ancaq mikroskop altında araşdırdıqlarında bit olduqlarını fərq etdiklərini açıqladı.
Həkimlər qadının gözünü sterilize etdikdən sonra maqqaş ilə bitləri təmizləyiblər.